coaching.az |

Psixoloji liderlik haqqında

Lider heç də ən cazibədar, ən xarizmatik, ən yaxşı nitqə sahib və ən peşəkar şəxs deyil. Liderlik bizim ambisiyalarımızın ən uzaq otağında sakit və sadə həyatını yaşayır.  Bu otağın qapısında isə “Məsuliyyət”  sözü yazılmış lövhə asılıb. Üstəlik, bu otağın sahəsi hələ ki, bizim şəxsiyyətimizin miqyası ilə məhdudlaşır və BMT-nin iclas salonu ilə heç bir əlaqəsi yoxdur. Baxmayaraq ki, bunlardan hansının sahəsinə görə daha böyük olduğu hələ məlum deyil. Çünki, şəxsiyyətin özünü reallaşdırmasının sərhədləri demək olar ki, yoxdur.

Bu otaq uzaqdır, heç də xoşagələn deyil, biz ora nadir hallarda daxil oluruq, orada məskunlaşmaq isə əsl problemdir. Axı məsuliyyəti öz həyatımıza yükləməkdənsə, subyektiv yanaşmalar və mentor mühakimələri ilə başqalarını günahlandırıb, özünü rahatlaşdırmaq daha asandır.

Mənimlə razılaşın – heç kim lider olaraq doğulmur, daha doğrusu, lider doğulmaq heç də vacib deyil. Hər kəs, hətta özünə ən inamsız şəxs belə lider ola bilər. Əsas məsələ, “istəyirəm” deyib, hamının çətin bildiyi ilk addımı atmaqdır.

Ətrafındakı dünyaya deyil, özünə acıqlanmaq;
Pozitiv qəzəbi istəyə çevirmək;
İlk addımı atmaq;
Öz arzusunu reallaşdıraraq, hərəkətə keçmək.

Özünə doğru getmək – həyatda ən maraqlı olandır.

Lider –  öz şəxsi “mən”inin sahibidir;
Lider – öz həyatına görə cavab verməyə hazırdır;
Lider – riskə və nəticəni əldə etməyə hazırdır;
Lider – o kəsdir ki, başa düşür: lider olmaqdan başqa çıxış yolu yoxdur.

İrina Hakamadanın “Həyatın Daosu” kitabından

Tərcümə: Sevinc Zeynallı | coaching.az

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.