coaching.az |

Aktiv dinləmə – münaqişələrdən qaçmağın təsirli yoludur

Başqalarının dediyinə qulaq asa bilmir, onların sözünü kəsir, söylədiklərində səhv tapırsınız, yoxsa onlara diqqətlə qulaq asaraq qarşılıqlı şəkildə anlaşır və qarşılıqlı informasiya mübadiləsinə icazə verirsiniz?

Bizim hamımızda ola biləcək ən güclü qabiliyyətlərdən biri də dinləmək bacarığıdır. Bu bacarıq effektiv kommunikasiyanın açarıdır. Sağlam münasibətlər üçün deyilən və deyilməyən hər bir şeyə qulaq asmaq vacibdir; beləliklə, biz bütöv şəkli görə bilər və qarşılıqlı ortaq faydalı əlaqədə ola bilərik. Bu, empatiyada olmağın ən vacib ünsürlərindən biridir.

Belə bir qabiliyyətin mövcudluğu bizə kömək edəcək və üç qat qələbə bəxş edəcək. Bizim üçün sadəcə özümüzün dedikləri, öz fikirlərimiz deyil, həmçinin digər şəxslərin də dedikləri maraqlı olacaq və biz başqa insanların fikirlərinə açıq olacağıq. Eyni zamanda səhv anlaşılmadan və konfliktdən qaçmadan əmin olmaq üçün beynimizin məntiq hissəsindəki informasiyanı süzgəcdən keçirəcəyik.

Biz hələ də bunu yaxşı etməyi öyrənirik. Hər zaman söz arasına girən, öz gündəmimizə sahib olan və bunda israr edən biri ola bilərik və digər şəxsin söylədiklərini tam olaraq dinləməkdə, həqiqətən də maraqlı olmaya bilərik. Qulaqlarımızla dinlədiyimizə fokuslana bilərik, ancaq bədən dilimiz, cavabımız və reaksiyamız həqiqətdə dinlədiyimizlə maraqlanmadığımızı söyləyə bilər.

Bunu etdikdə effektiv, qarşılıqlı faydası olan və Şəfqət dolu empatiya ilə əlaqəli olmağımızı təmin edən söhbətlər edə bilərik. Yəni, yalnız anlamaqla qalmarıq, həm də həll yolunun bir hissəsi ola bilərik.

Beləliklə, gəlin qulaq asdığımız mövzuların bəziləri haqqında danışaq. Artıq dediyimiz kimi, biz sadəcə nə deyildiyinə deyil, həm də deyilməyənlərə də qulaq asırıq. Biz bir-birinə uyğun düşməyən və üst-üstə düşməyən mövzuları dinləyirik.

Biz nəyə ehtiyac duyulduğunu, nəyin əskik olduğunu, digərlərinin hədəflərinin nə olduğunu, nəyə nail olmaq istədiklərini dinləyirik. Aktiv şəkildə dinləmək, onların üstün cəhətlərini tanıya bilər və öyrənərik ki, onlara necə dəyər qata bilər, ya da ki, sacəcə onlarda nələr yaxşıdır.

Gəlin, sizin daha aktiv dinləyici olmağa və daha effektiv əlaqə qurmağa kömək edəcək 3 əhəmiyyətli məsləhət paylaşım.

1. Öz gündəmimizi kənara qoymaq. Önümüzdə öz gündəmimiz olduqda, onunla əlaqədar bütün səs-küy beynimizdə davam edir. Beləliklə, dinləmək üçün əlimizdən gələni etsək də, eşitmirik. Eşitdiklərimizi öz gündəmimizə görə filtirləyirik. Buna görə də edə biləcəyimiz ən yaxşı şey, tamamilə dinlədiklərimizə yönəlmək, öz gündəmimizi bir kənara qoymaq, deyilənə tam qulaq asmaq və tam hazır olmaqdır.

2. Başqasının sözünü kəsməyi tərk etmək. Daha yaxşı ünsiyyət qurmağı öyrəndiyim zamanlarda çox vaxt tərəf müqabilim danışır və elədiyim tək şey qarşı tərəfin sözünü kəsmək üçün onların nəfəs almalarını gözləmək olur. Söz kəsib “hə, yaxşı” deməyə çalışıram və onlar hər dəfə bir fikri söylədiklərində, mənim də əlavə edəcəyim bir şeylər olur.

Beləliklə, biz danışılan sözü kəsməkdən uzaq durur və mövzunu açıq qoyuruq. Eyni zamanda aldığımız məlumatları öz inanclarımızla müqayisə etmir, məntiqi əsasda toplayırıq. Beləliklə, biz bütöv şəkli görməyə müyəssər oluruq.

3. Eşitdiklərimizi qarış tərəfə geri əks etdirmək. Eşitdiyimizi düşündüyümüz məsələni əks etdirməklə biz aydınlaşdırma və ya təsdiq əldə edə bilərik və daha sonra ünsiyyətdə daha effektiv şəkildə gedə bilərik. “Beləliklə, dediyinizi eşitdiyim şey…” kimi ifadələr, sonra isə onların dediklərinin təkrarı.

Bu, ünsiyyət qurduğunuz insana “Bəli, tam olaraq dediyim budur” deməyə, ya da ki, aydınlıq gətirməyə və ya daha yaxşı izah etmək üçün dərinə getməyə imkan yaradır. Ya da ki, belə ifadə edə bilərsiniz; “Xeyr, demək istədiyim o deyil, əslində bunu demək istəyirdim”.

Beləliklə, biz qarşı tərəfin sözünü kəsmədən, fərziyyələr qurmadan aktiv şəkildə dinlədikdə, eyni zamanda aydınlaşma apardığımız və təsdiq aldığımız zaman bütün anlaşılmazlıqları və münaqaişələri aradan qaldırmış oluruq. Aktiv dinləmə empatiyanın vacib elementi, həm də sosial və emosional intellekt sahəsində gördüyümüz işlərdə öyrətdiyimiz səriştələrdən biridir.

Müəllif: Amy Sargent | The Institute for Social + Emotional Intelligence®
Tərcümə: Sevinc Abdulrahmanlı | coaching.az

© 2021 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.