coaching.az |

Özünü xoşbəxt et!

Həyat sürprizlərlə dolu qutuya bənzəyir. O, həm səni xoşbəxt və sevincini daxildən hiss etdirəcək, həm də ruhuna qəm qatan, üzündəki təbəssümü öldürəcək hadisələrlə əhatələnmişdir.

Bu qutunu necə açmaq və hansı şəkildə idarə etmək isə sənin əlindədir. Bəli, məhz sənin!

Həyata necə baxsan, həyat hekayən də o tərzdə yazılacaq.

Bilirsən insanları həvəsdən salan, son ümidini belə itirməyə vadar edən nədir?

İnanc! Qorxu!

Biz hadisələrə çox vaxt səhv tərəfdən baxırıq və beynimizi səhv düşüncələrlə doldururuq. Bizə şans yaradan, fayda gətirəcək addımları atmaqdan qorxuruq, ya da ki, çəkinirik.

Bəlkə də bu qorxularımız bizi əhatə edən insanların düzgün olmayan fikirlərinə qulaq asmaqdan irəli gəlir. Həyat sənin öz əlindədir. Onu necə idarə etmək səndən asılıdır, başqalarının fikrindən deyil.

Gedəcəyin istiqamətə öz gözünlə bax, ətrafındakıların gözü ilə deyil. Çünki öz həyatını yaşamaq, ruhunu hər gün daha da xoşbəxt etmək sənin haqqındır.

Özünü sev.

İnsan ilk özünü sevməlidir ki, ətrafında olan insanlara da sevgi hissini öturə bilsin.

Dəyərini bil.

Bu dünya da insanın özündən daha dəyərli heçnə yoxdur. Lakin, çox az insan öz dəyərini anlayır və ona qiymət verir.

“Xoşbəxtlik nədir sənin üçün?” – deyə məndən soruşsalar, cavabında – “Xoşbəxtlik, dəyərimi anladığım, sevgimi hiss etdirdiyim andır”- deyə cavab vererdim.

Xırda bir şeyə o qədər sevinərsən ki…

Səmimi ol, olduğun kimi davran.

Bu həyatda nə kiməsə borclusan, nə də nəyəsə məcbursan.

Ən pis anından belə yaxşı nəticə çıxarmağa çalış. Müsbət düşün ki, qarşılığında həyat sənə, səni xoşbəxt edəcək hadisələrlə gəlsin.

Əlində olan bütün dəyərlərin qədrini bil. Bil ki, onları vaxtsız itirəndə peşiman olmayasan.

Bu anı yaşa, hiss etdir sevgini. Çünki, insanların buna ehtiyaci var. Etdiklərini qarşılıq gözləmədən et. Həm qarşılıq gözləmədən, həm də sevgiylə, içindən gələn şəkildə.

Özünü xoşbəxt et. Kiminsə səni xoşbəxt edəcəyini gözləmə.

İnsanlar daim gələr, gedər. Amma yeganə qalan sən və sənin özün üçün etdiyin nələrsə olacaq.

Nəinki özünü, həmçinin sevdiklərini də xoşbəxt et. Onların sevinci sənin xoşbəxtliyin olsun.

Nə qədər ki, hələ gec deyil, həyatını necə yaşayacağına elə indidən qərar ver.

Yaxşı olmayan vərdişlərdən uzaq dur.

Hər gününü daha da fərqli et.

Özünü xoşbəxt et!

Gülnurə Quliyeva 
Azərbaycan Dövlət İqtisad Universitetinin 3-ci kurs tələbəsi

© 2018 · coaching.az ·

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.