coaching.az |

Həyatda nəyi seçiriksə, ona da çevrilirik.

Həyatda müsbət, ya da ki, mənfi əhval-ruhiyyəli olmaq bir seçimdir, tale deyil. Xoşagəlməz hadisələr yaşamış, mənfi əhval-ruhiyyəli insanlarla əhatələnmiş ola bilərik. Bütün bunlar bizim də təsir altına düşüb mənfilərə yönəlməyimizə əsas vermir.

Əslində, özümüzə qarşı səmimi və dürüst davransaq həyatımızdakı müsbətlərin mənfilərdən daha çox olduğunun şahidi olar və beləliklə, başqalarının ətrafındakı müsbətə çevrilməyi seçə bilərik.

Həyatda nəyi seçiriksə, ona da çevrilirik.

Biz başqalarının mənfilərindən danışacağımıza qoy onlar bizim müsbətimizdən danışsın. Danışan ağız olmaqdansa, hərəkətə keçən əl-ayaq olmaq daha fəzilətlidir.

Bax, yaz da yoldadır, gəlir. Hər şey daha gözəl olacaq. 🙂

Elçin Əzimli
Biznes kouç və təlimçi,
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Comments

comments

2 şərh var

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.