coaching.az |

Xilaskar balıq

Deyilənə görə bir gün Nəsrəddin Hoca bir mağaranın yanından keçərkən orada təfəkkürə dalmış bir filosofla qarşılaşır və ondan burada nə axtardığını soruşur. Filosof heyvanlar barədə düşündüyünü və onlardan insanların həyatını dəyişdirəcək qədər dərslər öyrəndiyini deyir. Hoca ona diqqətlə qulaq asandan sonra “bir dəfə də mənim həyatımı bir balıq xilas etmişdi” deyir. Bu sözlərə heyrətlənən filosof onun hekayəsini eşitmək istəyini dilə gətirir. Hoca da deyir ki, əvvəlcə sən öz bildiklərini mənə danış, ondan sonra mən də sənə öz hekayəmi danışaram.

Filosof bu şərtlə razılaşır və bütün öyrəndiklərini Hocaya nəql edir və axırda deyir ki, gördüyün kimi mən sənə hər şeyi danışdım və indi növbə sənindir. Nəsrəddin Hoca belə cavab verir: “Hekayəm çox sadədir. Bu balığı tutanda acından ölmək üzrə idim. O balığın sayəsində sağ qaldım”.

© coaching.az

Comments

comments

1 şərh var

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.