coaching.az |

“Ulduzlu gecə” necə yarandı?

Van Qoq dostu Qoqenlə yaşadığı problemlərdən sonra könüllü şəkildə Fransanın Saint-Rémy-de-Provence şəhərində ruhi xəstələrin müalicə olunduğu sanatoriyaya gəlir. Burada şərait yaxşı idi və həkim və sanitarlar pasientlərinə xeyirxah davranırdılar.

Bir gün səhərə yaxın o, oyaq idi və yatağından qalxaraq pəncərəyə yaxınlaşdı. Pəncərənin önündə sərv ağacı yüksəlirdi, səmada lələkli buludların arasında ay üzür və ulduzlar sayrışırdı. Çöldə əsən güclü küləyin təsiri ilə Sərv ağacı əyilir, düzəlir, yenidən əyilir, yerində yırğalanırdı.

O nə üçün göylərə, ulduzların yanına getmir? – səmaya baxarkən Van Qoq özünü ora daha yaxın hiss etdi, nəinki ayaqlarının altındakı döşəməyə. İndidənsə, keçmişə daha yaxın idi. İndi uzaqlarda nə var? Hollandiyadakı doğma şəhərində kiçik kilsə? Əlbəttə ki, yox. O indi Fransadır, Hollandiya isə keçmişdə qalıb. Ulduzlar sanki onun beyninə uçaraq düşüncələr kimi sayrışırdı. O, o gecə hiss etdiklərini ulduzlara baxaraq sözlərlə ifadə etməyə çalışırdı. Ancaq, sözlərin duyğuları ifadə etməyə gücü çatarmı? Yox, yaxşısı budur o, bütün bunların kətan boyanın üzərinə çəksin. Qərara gəlmişdi – o, sabah “Ulduzlu gecə”ni çəkəcəkdi.

Vinsent qardaşı Teoya yazırdı: “Mən əvvəlki kimi dinə ehtiyac duyuram. Bunun üçün mən gecə evdən çıxdım və ulduzları çəkməyə başladım”.

Beləliklə, Vinsent Van Qoqun ən məşhur əsərlərindən biri yaranır. “Ulduzlu gecə” adlanan əsər (3,7 × 92,1 sm.) hal-hazırda Nyu-York Müasir İncəsənət Muzeyində saxlanılır.

Videoda: Türk Ebru sənətinin ustalarından Garip Ay su üzərində Van Qoqun “Ulduzlu gecə”sini çəkir.

Van Qoq kimdir?

Vinsent Villem van Qoq (nid. Vincent Willem van Gogh; 30 mart 1853 — 29 iyul 1890) — məşhur holland rəssamı. Postimpressionizm cərəyanının nümayəndəsidir.

Van Qoq həyatını 1890-cı il 29 iyulda özünə sui-qəsdlə bitirir. Ölüm ayağında qardaşı Teo onun yanında olur və bu sözləri eşidir: “La tristesse durera toujours” (azərb. Qəm daim davam edəcək).

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.