coaching.az |

Xaos dəllalları

Qəribədir, sanki mənfi xəbərlər üçün pusquda duran insanlar var. Xaos və xoşagəlməz hadisələr belələrinin qaranlıq ruhunu bəsləyir, canlandırır, cuşa gətirir və onlar da əllərinə tənqid nizəsi alıb meydan sulayırlar.

Həyat eşqi olmayan donuq gözlər, gülümsəməyi unutmuş narazı üzlər, heç nəyi bəyənməyən istehza yağan dodaqlar, tənqid və giley dolu “əşşi”lər və bu “əşşi”ləri müşayiət edən ah-vahlar, fısıldamalar… Onlar mənfi xəbəri ilk gətirmə və müzakirəyə qoyma üçün bir-birləri ilə də yarış içərisindədirlər.

Belələrinə qarşı bacardıqca məsafəli davranmaq lazımdır. Onlarla oturub durmaq, sosial şəbəkələrdəki yazılarını oxumaq dünya görüşümüzü artırmayacaq. Dediklərini, müzakirə etdiklərini onsuz da bilirik, onlar yeni mövzulardan danışmırlar. Onlar tənqid yönümlüdürlər, təhlil edib yeni həllər yaratmağı bacarmırlar. Onların göstərdiyi yollar bizi çıxışa deyil, dalana aparır. Onlar doğru bildiklərimizi dramatikləşdirib, bizi çıxılmaz labirintlər içərisində dolaşdırırlar.

Sağlam ruhumuzun və gələcəyimizin xatirinə uzaq duraq xaos dəllalı olan bu enerji vampirlərindən. Yoxsa, günlərin birində biz də onlara çevrilərik.

Elçin Əzimli
Biznes kouç və təlimçi,
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.