coaching.az |

Ayna ilə torpaq

Bir gün torpaq aynaya deyir:

– Ey ayna, sənə lap paxıllığım tutur. Çünkü, sənə baxanlar özünü, mənə baxanlar isə ancaq məni görür!

Ayna torpağa belə cavab verir:

– Ey torpaq! Gör sən mənası olmayan necə bir dərdə düşmüsən… Bəs sən bilmirsən ki, mən mənə baxanların ancaq bu gününü göstərirəm, sən isə, onların sabahlarından da xəbər verirsən?

Aynanın bu cavabı torpağın xoşuna gəlsə də, yenidən aynadan soruşur:

– Ey ayna! Yəqin ki, bu sözləri məni rahatlatmaq üçün deyirsən. Bəs deyə bilərsənmi, sənə baxanlar, nə vaxtsa dönüb bir mənə də baxarlar?

– Bundan heç narahat olma, Torpaq Ana. Mənə baxacaq üzü olmayanların gözü, əlbət bir gün sənə çevriləcək.

Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi” əsərindən

© 2022 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.