coaching.az |

Natamamlıq duyğusu

Hər nə qədər bəyənməsək də və mövcudluğu bəzən bizi incitsə də, neqativ olduğunu düşündüyümüz bəzi duyğular var ki, faydaları zərərlərindən qat-qat çoxdur. Sadəcə onlara qulaq asmaq və bizə vermək istədikləri mesajları düzgün oxumaq lazımdır.

Bu duyğulardan biri ilk dəfə avstraylı psixoterapevt Alfred Adler tərəfindən dilə gətirilən “natamamlıq” duyğusudur. Bu duyğunun təmin edilməməsi insana öz dəyərsizliyini və çatışmazlığını hiss etdirir. Adından da göründüyü kimi, ilk başda xoş olmayan təəssürat bağışlayır və zamanında düzgün reaksiya verilməsə insanı mənəvi çöküşə qədər apara bilər.

“Natamamlıq” duyğusu hər bir nomal insanın yaşaya biləcəyi və yaşamalı olduğu normal və düzgün istiqamətləndirildiyi zaman faydalı duyğudur. Onun təsiri altına düşüldüyü zaman insan özünü qınağa çəkməməli, bu duyğu nə üçün və hansı şərtlərdə ortaya çıxdı, bizə hansı mesajı vermək istəyir – bu suallara cavab axtarılmalıdır.

Bir anlığa bu duyğunun yerli-dibli mövcud olmadığını fərz edək; başqaları ilə müqayisədə harada olduğumuz bizi maraqlandırmır və inkişaf və qabağa getmə üçün stimula sahib deyilik.”Natamamlıq” duyğusunun təsiri altında olan və özlərini digərləri ilə müqayisədə natamam, yetərsiz hesab edən fərdlər qarşılarına özünü təsdiq etmə hədəfi qoyurlar. İnkişafa doğru hərəkətverici qüvvələrimizdən biri məhz bu duyğudur. Adler natamamlıqdan inkişafa aparan bu psixi hadisəni kompensasiya adlandırmışdı.

Müasir kouçinq sənətinin də çıxış nöqtəsi bu natamamlıq duyğusudur. Kouçinq olduğun “natamam” yerdən olmaq istədiyin “tamamlanmış” yerə səyahət deməkdir.

Elçin Əzimli

Biznes kouç və təlimçi, Emosional intellekt üzrə sertifikatlaşmış mütəxəssis
“Dan ulduzu” romanının müəllifi

© 2021 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.