coaching.az |

Kouçinqin emosional intellektə töhfəsi nədir?

Kouç olaraq illərdir ki, emosional intellekt haqqında eşidirsiniz. Emosional intellektin bir neçə modeli var; mənim modelimə özümüzün və başqalarının duyğularını tanımaq qabiliyyəti, duyğu və hərəkətlərimizi idarə etmək və ətrafımızdakılarla ustalıqla əlaqə yaratmaq qabiliyyəti daxildir. Emosional intellekti güclü insanlar hətta çətin vəziyyətlərdə belə emosional balanslarını qoruyurlar. Onlar şəxslər və ya qruplar arasındakı səssiz emosiyaları və dinamikanı anlayırlar. Həmçinin, onlar müsbət şəxsi və peşəkar əlaqələrini inkişaf etdirirlər. Bütün bunlar effektiv bir lideri, komanda üzvünü və ya valideyni, həyat yoldaşını formalaşdırır.

Əksinə, emosional intellektdə çatışmazlıqları olan insanlar iş yerlərində və həyatlarında çətin anlar yaşayırlar. Onların həyatlarındakı bu boşluq məqsədlərə nail olmağı və digərlərinə rəhbərlik etməyi çətinləşdirə bilər. Məsələn, emosional özünüidarədə çatışmazlığı olan insanlar asanlıqla təmkinlərini itirə, xüsusən stress altında digərlərinin üstünə atıla bilərlər.

Case Western Reserve Universitetinin Veatherhead İdarəetmə Məktəbindən Riçard Boyatzislə Emosional İntellekt çərçivəsində hazırladığım Emosional və Sosial İntellekt Liderlik Səriştələri modeli dörd sahədə öyrənilən 12 səriştədən ibarətdir. Bu səriştələr görkəmli liderləri öz sahələrində ortalama bacarıqları olanlardan fərqləndirir.

IQ-dan fərqli olaraq, Eİ sadə rəqəmlər deyil. Sizin, yaxud müştərlərinizin bacarıqları bu 12 səriştə üzərindən hərtərəfli emosional intellekt profili yaratmaq üçün birləşir. 360 dərəcəli qiymətləndirmə kiminsə Eİ profilini anlamaq üçün ən yaxşı yoldur. Bu, şəxsin özünü qavramasını, həmçinin işlədiyi insanların perspektivləri də daxil olmaqla Eİ-nin çoxtərəfli xarakterini nəzərə alır. Bəzən ailə və dostlar da kiminsə Eİ profilində nəzərə alınır.

Bir kouç olaraq, yaxşı tanıdığınız insanların rəyinin özünüdərk və başqalarının nəzərindəki siz arasındakı boşluqları tapmağa imkan verdiyini bilirsiniz. Bu, məhdudiyyətləriniz, eləcə də güclü tərəflərinizə diqqət yetirməyə imkan yaradır və emosional intellektinizi gücləndirmək üçün potensial hədəflər verir. Güclü tərəflərimiz və məhdudiyyətlərimizi dəqiq anlamaq emosional intellektin inkişafı üçün addımları motivasiya edə bilər. Bütün bunlardan əlavə, Eİ sabit bir xüsusiyyət yox, öyrənilmiş və öyrənilə bilən bacarıqların cəmidir.

Özünüzlə başlayın.

Başqalarına Eİ üçün təsirli şəkildə kouçinq etmək üçün yaxşı olardı ki, ilk növbədə öz bacarıqlarınızı gücləndirəsiniz. Böyük kouçlar öz işlərində emosional intellekti tətbiq edirlər: onlar çətin vəziyyətlərdə emosional balanslarını qorumaqla sakit qalırlar. Onlar müştərilərinin potensiallarını anlamaq və individual rəy vermək üçün empatiya bacarıqlarına güvənirlər. Onların yuxarıdakı modeldə gördüyünüz kimi kouç və mentorun əsas hissəsi olan müştərilərinə inkişaf imkanlarını tapmaqda kömək göstərməkdə səmimi maraqları var. Onlar müştirlərinə şəxsi inkişaflarında köməklik göstərmək üçün səmimi şəkildə maraqlıdırlar – bu, kouç və mentorun ən vacib səriştələrindən biridir.

Bəzi sadə təcrübələr şəxsinizdə Eİ-in inkişafına kömək edə bilər. Gündəlik mütaliə vasitəsitələri özümüzü əks etdirməyə, duyğularımızı və onların bizə təsirini daha yaxşı tanımağımıza kömək edir. Bu, emosional özünü anlama və emosional balans daxil olmaqla bir sıra qabiliyyətlər üçün vacibdir. Zehni meditasiya fokuslanmağı bacarmaq və yayınmadan uzaq qalmaq üçün beynimizi məşq etdirir.

İndiki ana uyğunlaşa bilsək, indikindən daha güclü olma şansımız olacaq – biz daha yaxşı lider və dinləyici ola biləcəyik.

Kouçinq fəaliyyətlərinizdə Eİ-ni kəşf edin.

360 dərəcə dəyərləndirmə sistemlərindən və insanın emosional intellektinin dəyərləndirilməsindən söz açılan zaman sizin çoxlu variantlarınız var. Richard Boyatzis və Korn Ferry Hay Group ilə birlikdə inkişaf etdirdiymiz ESCI-360 (Emosional və Sosial Yetkinlik Modeli) dəyərləndirmə sistemini bütün vacib emosional intellekt yönümlü liderlik səriştələrini qiymətləndirmək üçün tövsiyyə edirəm.

Bəzi müştərilər özünü anlama və özünü idarə etmə sahələrində üstün ola bilər, lakin liderlik rolunu yerinə yetirmək üçün onlar sosial maarifləndirmə və əlaqələrin idarə edilməsi bacarıqlarını təkmilləşdirmək istəyirlər. Bu, çox vaxt onların güclü fərdlər olduğu və sonra isə komanda və ya qruplara başçılıq etmək üçün təyin olunduqları hallarda baş verir. Onların daha əvvəlki üstünlükləri indiki yeni liderlik rolu ilə çox əlaqəsizdir və çox da faydalı deyil. Bir proqramçı öz yazdığı oyunun zirvəsində ola bilər,  amma komanda lideri kimi effektiv fəaliyyət göstərmək üçün təsir edə bilmək və münaqişələrin idarə olunması kimi bacarıqlarını inkişaf etdirməlidir.

Müştərilərinizə (coachee) hazır məsləhətlər təklif etməkdənsə, duyğularını, vərdişlərini və onu hərəkətə keçirən səbəbləri tanımaq üçün özlərini dərketmələrinə kömək edə bilərsiniz. Müştərinin qavramasında və hərəkətlərində bir şablon gördüyünüz zaman, onlara qorumalı olduqları tərəfləri anlamalarına kömək etmək üçün diqqət yetirin. Çətin gün keçirdikdə və köhnə vərdişlərinə qayıtdıqda onlara geri qayıtmağa və uğursuzluğu öyrənmə fürsətinə çevirəməyə kömək edə bilərsiniz.

Emosional intellektinin əsası sayılan emosional özünü anlamadan başlayaraq, müştəriləriniz öz emosional hərəkətə keçiricilərini və məhdudiyyətlərini tanıya biləcək, öz növbəsində onları dəyərlərinə və vizyonlarına uyğunlaşdıracaqlar. Müştərilərinizə məqsəd və dəyərlərinin fərqinə varmağa və onları yenidən kəşf etmələrinə kömək etmək, inkişaf üçün motivasiyalı qalmaq bacarığına təsir edir. Bu, böyük kouçları adi kouçlardan fərqləndirən nüansdır. Böyük kouçlar müştəri ilə doğru işgüzar ittifaq yaradırlar və onlara hədəflərini öyrənilən bacarıqlarla uyğunlaşdırmağa kömək edirlər. Və onların müştərilərini lazımi işə uyğunlaşdırmaq üçün daha çox ehtimalları var.

Təcrübəli kouçun rəhbərliyini emosional intellektin inkişafında unikal təsiri olduğunu düşünürəm.

Bir kouçun obyektiv və düzgün adaptasiya edilmiş geri bildiriş etmə bacarığı qalıcı inkişaf üçün fundamental fərqlər yaradır. Kouçun vəzifəsi və qarşılıqlı əməkdaşlıq bitdikdən sonra belə koçi (coachee) öz seçimlərini emosional intellektindən istifadə edərək, öz daxilindəki kouçun vasitəsi ilə edə bilər.

Müəllif:  Daniel Goleman | yazıçı, araşdırmaçı və jurnalist. Emosional intellekt ilə əlaqədar bir sıra kitabların müəllifi.
Tərcümə: Səadət Yolçuzadə | coaching.az

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.