coaching.az |

Yaxşı natiqlik üçün 10 tövsiyə

Müasir dünyada karyera uğuru qazanmaq üçün medianın, kameraların hər yerdə olduğu natiqlik bacarığı vacibdir. İnsanları pozitiv şəkildə hərəkətə keçirən ictimai natiq olmaq güclü bir karyera üstünlüyü ola bilər. Amma necə? Bir TEDx səhnəsinə çıxmaq üçün bu fürsətləri necə dəyərləndirmək olar?

Nyu-Yorkdakı TEDxLincolnSquare-in keçmiş prodüseri və natiqik üzrə ustad təlimçi Tricia Broukla bu yaxınlarda podcastım haqqında söhbət edərkən, o, nəyi və necə deməyi inkişaf etdirməyin yolları barədə vacib tövsiyələrini paylaşdı.

Tricia Brouk – Amerikalı yazıçı, prodüser, kouç

Tricia’dan “cəzbedici” natiq olmaq üçün 10 tövsiyə

  1. Səhnəyə çıxmağın bir məsuliyyət olduğunu anlayın.  Səhnəyə çıxanda insanlara təsir edəcəyimizi, dəyişiklik yaradacağımızı başa düşmək bizim məsuliyyətimizdir. Əgər sən necəsə geri çəkilsən, kiminsə həyatını dəyişmək üçün olan bu fürsəti itirərsən.
  2. Hazır olun. Ehtiyacınız olduğunu düşündüyünüzdən daha çox düzgün şəkildə hazırlaşaraq anı ələ keçirin. Bu, tamaşaçıları tanımaq və etimadı qazanmaq deməkdir. Dəyişkən və həssas olmaq deməkdir. Bütün bunlar cəzbedici natiqi yaradır. Vücudunuz təcrübənizdən asılı olmayaraq performans stressinə reaksiya verəcək və əgər əvvəlcədən yaxşı hazırlaşsanız, oyununuzu pozmayacaq.
  3. “Böyük ideyanızı” tapın. Sizin üçün vacib olandan, nəyə əhəmiyyət verdiyinizdən başlayın – bu sizin təcrübəniz və ya yeni kitabınız deyil. Özünüzdən soruşun; məqsədim nədir? Bir şeylər mənim üçün nə ifadə edir? 
  4. Sınaqadan keçirin. Hətta ailəniz və kiçik dost qrupunuz qarşısında çıxış etsəniz belə ideyanıza, çıxışınıza barədə rəylər istəyin.
  5. Yadda saxlayın! Çıxışınızı elə əzbərləyin ki, “DNT-nizin bir hissəsi olsun”. Bu şəkildə siz öz mövzunuzun üzərində tam nəzarətə sahib olursunuz, reallaşan hər şeyin öhdəsindən gələ bilərsiniz və söyləmək istədiklərinizə hakim olduğunuzu bilərək tamaşaçılarınıza uyğunlaşa bilərsiniz.
  6. Auditoriyadan nə gözlədiyinizi anlayın. Məqsədiniz ayaqda alqışlanmaqdırmı?  Yoxsa onların həyatlarında və ya gələcək perspektivlərində dəyişikliyə səbəb olmaq? Bəlkə kitabınızı yükləmək və ya almaq?  Öz məqsədinizi açıq-aydın şəkildə bilin.
  7. Mürəkkəb mövzuları hissələrə ayırın. İqlim dəyişikliyi və ya mürəkkəb bir şey haqqında danışırsınızsa, dinləyicilərinizi mövzunuza addım-addım gətirin. Bir parçanı qatlar halında digərinin üstünə inşa edin.
  8. Auditoriyaya bacara biləcəkləri şeyləri verin. Problem haqqında deyil, ideya və həll haqqında danışmaq insanları ümidləndirir. Buna görə dinləyicilərə inam gətirəcək və problemin həlli ilə bağlı hərəkətə keçə biləcəkləri bir şeylər verin.
  9. Səhnədəki uğurlarınızı gözünüzün önündə canlandırın. Ən yaxşı idmançılar çıxışlarını yaxşılaşdırmaq üçün vizuallaşdırmadan istifadə etdikləri kimi, Brouk da natiq kimi davranmağı tövsiyə edir. Səhnəyə çıxarkən nə hiss edəcəyinizi və nə baş verməsini istədiyinizi  vizuallaşdırın.  Mən tamaşaçıların məni ayaqüstü alqışladığını hiss etdiyim zaman özümü inamlı hiss edirəm.
  10. Təşkilatçıları yaxşı analiz edin. Əgər bu bir TEDx və ya başqa bir tədbirdirsə, öncəliklə onların sizi analiz etdiyi kimi, siz də onları analiz edin. Onların məkanı necədir, peşəkar şəkildə video çəkiliş aparılacaqmı? İşıqlandırma necədir? İndiyə qədər tədbir təşkil ediblər? Sizə necə bir dəstək verəcəklər? Orada daha əvvəl çıxış etmiş digər natiqlərdən bu barədə rəylər alın.

Müəllif: Joan Michelson | Karyera və kitab kouçu, ictimai natiq
Mənbə: Forbes
Tərcümə: Nuranə Mollayeva | coaching.az

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.