coaching.az |

Hər kəsi rahat buraxın

Ətrafınızdakı hər kəsi rahat buraxın, hətta özünüzü də… və görəcəksiniz ki, sizdə hər şey alınacaq.

Biz hamını öz qaydalarımızın və gözləntilərimizin çərçivəsinə salmaq istəyirik.

Başqalarına nələrisə isbat etməyə çalışırıq.

Biz təlaş keçiririk, müqayisələr edirik, başqalarının uğurları üçün narahatlıq keçiririk, geridə qalmaqdan qorxur və başqaları ilə yarışırıq.

Nəticə etibarı ilə, biz öz həyatımız boyu dincəlmədən həm özümüzü, həm də ətrafımızda olanları təlaşlarımız ilə narahat edir, özümüzə yer tapa bilmirik. Əslinə baxanda isə hər şey daha rahat və sadədir.

Həyatda hər kəs nə qədər istəyirsə və nəyi bacarırsa bizimlə paylaşır…  Bundan narazı qalmaq lazım deyil, çünki biz də ətrafımıza bacardığımız və istədiyimiz qədər veririk…

Əgər kimsə daha çoxunu edə bilərsə, onu buna məcbur etməyi düşünmək ağılsızlıq olar. Çünki, səmimi şəkildə edilməyən hər şey hər zaman süni olaraq qalacaq.   

Bizim bir çıxış yolumuz var – razılaşmaq, ya da ki, etiraz etmək. Dostlar, hamının belə seçimi mövcuddur…

Bir çoxunun qulağına pıçıldamaq istərdim ki; ömür boyu öz çatızmazlıqlarını axtarmasınlar, özlərini başqaları ilə müqayisə etməsinlər. Keçmişlə yaşamasınlar, ya da ki, gələcəyə tələsməsinlər. Keçmiş səhvlərinə görə özlərini qınayaraq mükəmməliyə can atmasınlar…

Övladlarınızı rahat buraxın…

Onların xoşbəxtliyi üçün onlara nələrin lazım olduğunu sanki daha yaxşı bildiyinizi düşünməyə son verin.

Onların yaxşı yaşamağı xatirinə yaşadığınızı düşünməyin…

Öz əmrlərinizə uyğunlaşdıraraq onları əhilləşdirməyə və sadəcə sizə qulaq asdıqları üçün mükafatlandırmağa çalışmayın.

Onlar üçün mübahisəolunmaz maneələr yaratmağa son qoyun, beləliklə onların özlərinin düşünmə bacarığı kimi yaxşı vərdişlərini əllərindən almış olarsınız.

Onları öz ambisiyalarınızla yükləməyin, öz keçmiş uğursuzluqlarınızın yerini onlara lazım olmayacaq hansısa uğurlarla doldurmağa çalışmayın.

Onların hər zaman sizin gözləntilərinizə cavab verməli olduqlarını düşünməyin.

Sevdiyiniz insanları rahat buraxın…

Onlar sadəcə sizi sevirlər…  Siz də cavab olaraq onları sadəcə sevin – onlara xas olmayan gözləntilərinizi tələb etmədən, yəni təmənnasız SEVİN…

Öz arzu və istəklərinizi heç zaman birdən tələb etməyin.

Onları tərbiyə etməyə və yenidən tərbiyələndirməyə çalışmayın.

Onlardan sonsuz sevgi etirafları tələb etməyin.

Onları nəzarət altına almağa çalışmaqla və pataloji qısqanclıqla alçaltmayın.

Onların özləri üzərindəki hüquqlarına və onlara aid şəxsi əraziyə müdaxilə etməyin.

Onların sahibinə çevrilməyin.

Tənqid və yersiz tələblərlə onları təngə gətirməyin.

Dünyanı sakit buraxın – öz xüsusi vacibliyinizi tələb etməyərək, onun bir hissəsi olaraq qalın.

Ondan sadəcə zövq alın.

Öz payınıza düşən işi görməyə çalışın.

Gücünüzün çatdığı qədər yaradın.

Həyatın axarını olduğu kimi qəbul edin.

Sadəcə, YAŞAYIN…

Bir daha xatırladım:

Özünüzü rahat buraxın!

Özünüzü rahat buraxın!

Özünüzlə harmoniyaya can atın – başqaları üzərində mütləq hakimiyyətə deyil…

Səhərləri şən əhval- ruhiyyə ilə yuxudan oyanmağa çalışın.

İnsanlarda yalnız yaxşıları görməyi öyrənin və yaxşı tərəfləri barədə onlar təqdir edin.

Siz onlara deməsəniz də çatızmazlıqlarını özləri bilirlər.

Kimisə öz əsarətiniz altına almadan sevməyi öyrənin – azad və geniş ürəklə, boğucu və qısqanclıq olmadan…

Hər bir səvyyədə təmizlik içərisində – düşüncələrdən tutmuş silinmiş pəncərələrə qədər – yaşamağa çalışın.

Hər zaman bir iş görmədən əvvəl yenidən düşünməyi öyrənin;  avtomatik şəkildə, kütlələri idarə etmək üçün nəzərdə tutulan şablonları deyil,  hər bir fərd üçün nəzərdə tutulan individual yanaşmaları tətbiq etməyi bacarın.

Sevdiyiniz insanlara inamlı olmağı öyrənin və görəcəksiniz ki, nəzarət ilə alçaldılmayan insan necə minnətdar ola bilər.

Təbiətə inanın – bu, planetdə mövcud olan yeganə yüksək gücdür…

Möcüzə görmək istəyirsiniz? Torpağa bir buğda əkin.

Təbii gözəllik istəyirsiniz? Baxın görün hər fəsildə hansı dekorasiyalarla əhatə olunuruq…

Güc istəsəyirsiniz? Təbiətə güvənərək və onun yaratdığı vücudu olduğu kimi sevərək alacaqsınız bu gücü.

Yox, dostlar, sadalananlar əsla tövsiyyə deyil…

Bunlar illərin müşahidəsidir…

O şeylərin müşahidəsi ki, bir çox hallarda bədbəxtliyin səbəbi olurlar.

Əsas olan bax budur – özümüzü və ətrafımızdakıları xroniki olaraq rahat buraxa bilməmə bacarığı…

Sakitləşməyə çalışmaq lazımdır.

Müəllif: Lilya Qrad | psixoloq
Tərcümə: Aytan Akhund-rza | coaching.az

© 2020 · coaching.az

 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.