coaching.az |

Ruhunuzla dostlaşın

Bu yaxınlarda qarşıma ruhuma xitab edən bir cümlə çıxdı:  Özünü “özünlə baş-başa qaldığın zamanların yalnızlıq olmadığı”nı dərk edəcək səviyyədə yetişdir. Necə gözəl mesaj idi bu…

Uşaq vaxtlarımdan hər hansı bir işi görəndə, sadəcə məktəbdən evə qayıdanda, ya da ki, harasa getmək lazım olanda hər şeyi təkbaşıma etməyə çox vərdiş olmuşam. Məktəb yoldaşlarım dərsdən sonra evə qayıdanda sadəcə evlərinə qədər gedəcək yol beş addımlıq olsa belə, o yolu getmək üçün bəzən uzun bir müddət onlarla bu yolu gedəcək kimisə gözləyirdilər. Düzü, bu biraz mənim ruhuma yad idi. Əlbəttə, məktəbdə dostlarım var idi, hətta sinifin sayılıb seçilən şagirdlərindən idim. Amma nədənsə bu adət mənə biraz qəribə görünürdü. Gözləməyə sərf edilən bu vaxta evə tez yetişib, anamın dadlı yeməklərini yemək və ardından sevdiyim kitabları, təzəcə aldığım “Tumurcuq” qəzetindəki məqalələri oxumaq, krasvordları, yaxud məntiq tapşırıqlarını həll etmək, ya da ki, bacımla sevdiyimiz əyləncələrlə məşğul olarkən özümü tapmaq mənə daha cazibəli gəlirdi.

İllər sonra insanların hətta adicə alış-verişə, yaxud  kofe içməyə gedərkən belə başqa birinə ehtiyacı olduğunu, sadəcə  sırf tək qalmaqdan qorxduqları üçün daim kiminsə onları müşayiət etməsinə ehtiyac duyduqlarını da açıq-aydın müşahidə edirəm. Mən də dostlarımla kofe içməyi, səhər yeməyinə toplaşmağı sevirəm. Amma mənə görə çox azad hesab elədiyim ruhum, məni çox tez-tez kimsəsiz, ancaq onunla baş-başa qalmağa vadar eliyir.

Düzünü etiraf etsəm, özümlə baş-başa qaldığımız zamandan çox zövq alıram. Onunla söhbət edəmək, nələr istədiyini duymaq, haralara getmək istədiyini dinləmək, nələrdən ilham aldığına qulaq asmaq mənə daxili hüzur gətirir. İnsalar bir şeylər üçün dua edir, mən isə hər zaman təşəkkür edirəm.. tez-tez… sahib olduqlarım, olmadıqlarım və olacaqlarım üçün…

Ətrafımdakı dostlarımdan yarı zarafat, yarı ciddi tez- tez sorusuram: Ruhunla dostsan, yoxsa onun səsini dinləməkdən qaçıb, baş-başa qaldığınız zamanları “yalnızlıq zamanı” adlandıranlardan?!

Sevgilərlə,

Lalə Rəsulova | peşəkar kouç

© 2020 · coaching.az

 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.