coaching.az |

Mənim mübarizəm

Mən həyatda heç olmalıydım. Həyat mənə öz zərbəsini elə doğulduğum zaman vurmuşdu – üzümün yarısı iflic idi. Müəllimlərim əqli inkişafımın dayandığını düşünürdülər, anam isə hələ uşaqlıqdan üstümdən xətt çəkmişdi.

Aclıq dolu 7 uzun il boyunca prodüser və agentlərim məni inandırmağa çalışdılar ki, mən aktyorluğun və ssenari müəllifliyinin daşını atmalıyam. Gödəkcəmi çıxarana qədər məni çəkilişlərdə məyus edirdilər, prodüserlər isə bir sətrini də oxumadan ssenarilərimi yararsız sayırdılar.

İşlədiyim zaman göz yaşlarımı udurdum. Zooparkda şirlərin qəfəsini təmizləyirdim, ət doğrayırdım. 7 ağır və uzun il. Göz yaşı, tər və özünə inamla dolu 7 il. Siz də məyusluq dönəmini yaşamadan heç nəyə nail olmayacaqsınız.

Sonra nə oldu? Sonra bütün ili sadəcə 1600 dollara yaşadım. Və “Rokki”ni yazdım.

Silvestr Stallone

Silvestr Qardensio Stallone (ing. Silvestr Stallone, d. 6 iyul, 1946, Nyu-York) — görkəmli Amerika aktyoru, rejissoru, prodüseri və ssenari müəllifi. Seriallarda da çıxış etmişdir. Con Rembo və Rokki Balboa məşhur rollarının ifaçısıdır.

Onun atası ABŞ-a köçmüş Siciliyalı immiqrant Frenk-Stallone-böyük bərbər vəzifəsində çalışmış, Jaklin Stallone (Jaklin Leybofiş) fransız və yəhudi əsillidir. Öz sözlərinə əsasən uşaqlığı elə də xoşbəxt keçməyib. Stallonenin dodaqları, dili və çənəsi uşaqlıqdan bəri iflic olub. Üzü ilə baş vermiş problemlər sonradan onun bir növ vizit kartına çevrilmişdir. Uşaqlıqda raxit xəstəliyindən əziyyət çəkmiş və günlərini daima evdə keçirmişdir. Valideynləri həm Silvestrə həm də onun qardaşı Frank Stallone-kiçikə qarşı çox laqeyd idilər. Valideynləri 1957-ci ildə boşandıqdan sonra 11 yaşlı Silvestr öz atası ilə qaldı. Davranışla bağlı problemləri olduğu üçün tez-tez oxuduğu məktəblərdən xaric edilirdi. Onun qiymətləri olduqca pis idi və o tez-tez sinif yoldaşları tərəfindən ələ salınırdı. Uşaqlıq illərində o öz fantaziyalarında özünü super qəhrəman kimi canlandırırdı. 15 yaşında Stallone Filadelfiyaya, anası və onun yeni ərinin yanına köçür. Bu vaxtlar o ağırlıq qaldırma ilə məşğul olur və emosional pozğunluqları olan uşaqlar üçün nəzərdə tutulmuş “Deveraux High School” məktəbində təhsil alır. Burada o həmçinin qılınc oynatma, futbol və disk atma kimi idman növləri ilə məşğul olur və məktəb pyeslərində rol alır. Məktəbi bitirdikdən sonra Stallone İsveçrənin Amerika kollecində atletik təqaüdü qazanır. Burada o qızların atletika üzrə məşqçisi olur və məktəb tərəfindən təşkil edilən Artur Millerin “Satıcının ölümü” adlı əsərində baş rolda çıxış edir. ABŞ-a qayıtdıqdan sonra, Mayami Universitetində təhsil almış və 1969-cu ildə Nyu-Yorka köç etmişdir.

Silvestr aktyor yaradıcılğına 1970-ci ildə başlamışdır. Ancaq, onun yaradıcılığının zirvəsi “Rokki” (Rocky) filmi sayılır. Onun bu film üçün yazdığı ssenari dərhal Hollywoodun aparıcı kinostudiyalarının diqqətini cəlb edir. 1976-cı ildə çəkilmiş “Rokki” filmi bir neçə kateqoriyada Oskar mükafatına layiq görülmüşdür.

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.