coaching.az |

Yaxşı vərdişlərə necə yiyələnməli?

Nə vaxtsa həqiqətən yeni bir davranışa yiyələnmək məqsədiniz olub… Ancaq, bir həftə sonra bunu heç etmədiyiniz olubmu?

Bilirəm ki, olub.

Yaxşı və ardıcıl vərdişlər yaratmaq niyə bu qədər çətindir? Hələ də  özünüzdə az irəliləyiş görürsünüzsə, daha yaxşı olmaq üçün məqsədlərə necə sahib ola bilərik? Bununla bağlı edə biləcəyimiz nəsə varmı?

Həyat hədəfləriniz vərdişləriniz deyil.

“Cəsarətli həyati məqsədləriniz heyrətamizdir. Onlara sahib olduğunuz üçün sizinlə qürur duyuruq. Bəlkə də bu hədəflər sizi həqiqətən qorxudan şeylərdən uzaqlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Gündəlik vərdişlərin dəyişməsi özünüzü necə gördüyünüzü yenidən kəşf etməkdir”.    

Seth Qodin

Hamımızın ümidləri və arzuları var (əgər yoxdursa, bu hekayə sizin mövzunuz deyil). Çox vaxt bu məqsədlərin ən azı hansılar olduğu barədə ümumi məlumatımız var: istədiyimiz bədən görünüşü və zövq almaq istədiyimiz yaxşı sağlamlıq, həmkarlarımızdan görmək istədiyimiz hörmət, etmək istədiyimiz önəmli işlər, ailəmiz və dostlarımızla yaxşı münasibət, eləcə də paylaşmaq istədiyimiz sevgi.

Ümumiyyətlə, istəklərinizi  bilmək, sizə istiqamət və məqsəd hissi verən hədəflərinizin olmağı yaxşıdır. Amma ümidləriniz və xəyallarınızın sizi daha yaxşı olmaqdan çəkindirəcək həqiqətən bir yolu var: arzularınız sizi çeynəyə biləcəyinizdən daha çox dişləməyə şirnikləndirə bilər.

Əslində nəyi nəzərdə tutduğumu bilirsiniz…

  • “The Biggest Loser”( televiziya-əyləncə proqramı) sizi ilhamlandırır, idman zalına gedin, yorulana qədər məşq edin və növbəti 3 ayı bərpa üçün istifadə edin.
  • Nəhayət ki, kitab yazmağın vacib olduğunu gördünüz, həftəsonu bütün günü yazın və bazar ertəsi öz gündəlik işinizə baş çəkin və hələki yazmağı dayandırın.
  • Dostlarınızın yeni ölkələrə səyahət hekayələrindən həvəslənirsiniz, onda dünya səyahətinizi planlaşdırmağa başlayın və bütün detallarını yekunlaşdırana kimi başqa işlə məşğul olmayın.

Tez-tez motivasiya və istəklərimiz bizi qəzəbə düçar edir. Necəki,  az-az başlamağın əvəzində problemi bir dəfəyə bütünlükdə həll etməyə çalışırıq.

Bilirəm, bu 3 ayda 14 kilo itirməyiniz qədər cəlb edici deyil. Lakin həqiqət budur ki, xəyallarınız əldə edəcəyiniz hərəkətlərdən fərqli olacaq.

Elədirsə, həyatımızı dəyişdirəcək transformasiyalara qarşı həvəsimizi Həyat dəyişdirici istəkləri az yerinə yetirməklə davamlı vərdişləri necə tarazlaşdıra bilərik?

Maraqlandığınız üçün şadam.

Böyük arzular qur, lakin kiçik addımla başla

Həqiqi dəyişikliklər etmək barədə ciddisinizsə, başqa sözlə indi olduğunuzdan daha ciddi şeylər etmək barədə ciddisinizsə, onda kiçik addımlarla başlamalısınız.

Yaxşı, yaxud pis vərdişləri düşünün: diş fırçalamaq, təhlükəsizlik kəmərini bağlamaq, dırnaq dişləmək.

Bu hərəkətlər kifayət qədər kiçikdir, hətta siz onlar barədə düşünmürsünüz. Onları sadəcə avtomatik olaraq yerinə yetirirsiniz. Onlar ardıcıl yerinə yetirilən kiçik nümunələrdir.

Əgər biz yeni vərdişlər formalaşdırmaq istəsək, bu məna kəsb etməyəcək. Başlamaq üçün ən yaxşı yol kiçik dəyişliklər etməkdir, hansı ki, beynimiz daha tez qavrayaca və avtomatik olaraq təkrar edəcək.

Əgər siz 23 kilo arıqlamağınız ideal pəhrizi kəşf edən şəxşdən asılı deyilsə və ya sizin yüksək iradəniz var, ancaq yenə də kiçik vərdişlərdən asılısınızsa? Vərdişlər gündə 20 dəqiqə gəzməyi, 8 stəkan su içməyi, 3 dəfə yemək əvəzinə 2 dəfə yeməyi sevər.

Düşünürəm ki, Standford universitetinin professour BJ Foqqun ifadəsi söylənən fikirləri yaxşı ümumiləşdirir.

Əgər düzgün toxumu düzgün yerə səpsəniz, daha çox əmək olmadan böyüyəcək.

İnanıram ki, vərdişlər yaratmaq üçün bu ən yaxşı ifadədir.

 “Düzgün toxum”  – etdiyiniz kiçik davranışdır. “Doğru yer” ardıcılıqdır – hansı ki, sonra gəlir. “İnandırmaq” hissəsi motivasiya edir, hansı ki, vərdiş yaratmaqla heç bir əlaqəsi yoxdur. 

Fikrimi daha açıq ifadə edim: Kiçik doğru davranış seçirsiniz və ardıcıllıq düzgündür, bu zaman inkişaf üçün özünüzü motivə etməyə ehtiyac qalmayacaq. Bu, toxumu doğru yerə səpməyiniz kimi təbii şəkildə baş verəcək.

-BJ Foqq, “Balaca Vərdişlərin” yaradıcısı.

Bu nə qədər dahiyanə fikirdir?

Həyatı dəyişməyə deyil, həyat tərzinə diqqət edin.

Biz tez-tez həyati dəyişikliklərlə bağlı qərarsız oluruq.

  • 25 kilo arıqlamağınız həyati dəyişiklik ola bilər, hər gün 8 stəkan su içmək isə yeni həyat tərzidir.
  • İlk kitabınızı nəşr etmək həyati dəyişiklikdir, hər gün yeni bir kitab təmsilçi ilə yazışmaq isə yeni həyat tərzidir.
  • Marafonda qaçmaq həyati dəyişiklik ola bilər, həftədə 3 gün  qaçmaq isə yeni həyat tərzidir.
  • Hər il əlavə 20.000 dollar qazanmaq həyati dəyişiklik ola bilər, həftədə əlavə 5 saat freelancer işləmək isə yeni həyat tərzidir.
  • 50 kilo daha artıq yüklə jim etmək həyati dəyişiklikdir, həftədə 3 gün jim etmək isə yeni həyat tərzidir.

Fərqi görürsünüz?

Bizi istiqamətləndirdiyi üçün həyati məqsədlərin olması yaxşıdır, amma onlar həmçinin sizi edə biləcəyinizdən daha çox şeyi üzərinizə götürməklə aldada bilər.

Gündəlik vərdişlər və təkrarlanan kiçik rutinlər – böyük arzuları gerçək edir.

P.S.  Əgər yeni vərdişlərin yaradılması üçün daha çox praktiki ideyalar istəyirsinizsə, sizə balaca dəyişikliklərin necə əlamətdar nəticələrə səbəb olacağını göstərəcək Atomic Habits (Atomik Vərdişlər) adlı kitabıma nəzər salın.

 

Müəllif: James Clear | Davranış psixoloqu
Tərcümə: Səadət Yolçuzadə | coaching.az

© 2018 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.