coaching.az |

Uğurlu addım üçün 5 qızıl qayda

Bizlər həyatımız boyunca uğurlu insanları izləyirik və əksəriyyətimiz müvəffəqiyyət qazanmış insanların bioqrafiyasını oxuyaraq və ya izləyərək uğur qazana biləcəyimizə inanırıq.

Zəngin bir iş adamından müvəffəqiyyətinin sirrini soruşublar. Həmin şəxs çox ciddi və səmimi şəkildə “Bu pilləyə necə gəldiyimi mən də bilmirəm, bəlkə bu bir şans məsələsidir” deyə cavab verib.

Bir çox şəxslər uğurlarının sirrini “həyatımda bunlar olmasa heç vaxt uğurlu olmayacaqdım” deyə açıqlayırlar. Stiv Jobs buna “nöqtələri birləştirmə” kimi izah verir.

Nailiyyətlər bənzərsizdir. Yəni, qısacası uğurlu insanların həyatlarını izləyərək uğur qazanmaq çətin məsələdir, biz sadəcə motivasiya əldə edə bilərik.

Deyə bilərsiniz ki, Zülfiyyə xanım nə demək istəyirsiniz? Çatmaq istədiyimiz yoldaşlardan birinin ayaq izlərini izləyərək bir yerlərə qədər gedə bilərik. Amma izlədiyimiz ayaqların etdiklərini biz də etsək, onlar qədər uğur qazanmağımız istəsək də mümkün deyil.

Əgər uğurlu addımlar atmaq istəyiriksə, aşağıda qeyd edəcəyim üsulları oxuyub yadda saxlayaraq, tətbiq edək.

  1. Unikallıq, bənzərsizlik

Uğurun altında yatan səbəb unikal düşüncələrdir. Başqalarının fikirlərini öyrənmək olar. Əsas odur ki, özümüzə məxsus cığırı sala bilək.

  1. Heç kim əlləri cibində pilləkənləri qalxa bilməz

İstəmədən, çalışmadan, səy göstərmədən uğura nail olmaq mümkün deyil. Heç bir cəhd göstərmədən pul qazanmağımızı vəd edən yalnız lotereya biletidir ki, bunu da qazanmaq istəyilə öncədən müəyyən qədər məbləğ ôdəyərək alırıq.

  1. Cəsarət, cəsarət, cəsarət!

Əgər fikirlərimizi həyata keçirmək istəyiriksə, cəsarət etməliyik. Biraz cəsur olmamız lazım.

  1. Eyni hərəkətləri etməyə çalışaraq fərqli nəticələr gözləmək boş zaman itkisidir

Yeganə canlı varlığıq ki, eyni hərəkətləri dəfələrlə təkrarlayıb fərqli nəticələr gözləyirik.

  1. Müvəffəqiyyət qazanmağın ən vacib qaydası dərhal ayağa qalxmağımızdır

Həyatımızla boks oyunu oynayırıq və meydandayıq – istəsəməsək belə. Əgər zərbəyə davam gətirə bilməyib yıxılsaq və yıxılanda qalxa bilməsək, oyun bitər və həyatımızla gözümüzdə bir damla yaşla vidalaşmalı olarıq. Ona görə də, həyatda müvəffəqiyyətli olmaq üçün meydanda aldığımız zərbələr olsa belə, ayağa qalxmağı öyrənməliyik.

 

Müəllif: Zülfiyyə Sərdarova

© 2018 · coaching.az

“Ürəyimin səsi” rubrikasında dərc olunan məqalələr müəlliflərin öz mövqeyini əks etdirir. 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.