coaching.az |

Maraqlarınızı əhilləşdirin

Bugün üzərində düşündüyüm bir mövzu barədə danışmaq istəyirəm. Gəldiyim nəticə belədir: İnsan marağını çəkən şeyə çevrilir və ya marağının cavabında tapır özünü. Ona görə maraqlarımıza, bilmək istədiklərimizə diqqət etməliyik. Hətta insanı formalaşdıran, hazırkı halına gətirən onun marağıdır. Maraqlarımızı əhlilləşdirməliyik. Türklər demiş “merak etdiyin şeyə dönüşürsən”.

Öncəliklə, yaşadığımız həyat sisteminin işləmə mexanizmi elədir ki, xəyalını qurduğumuzda və ya qəlbimizdən keçirdiyimizdə istədiklərimizi bizə verməyə hazırdır, hətta təqdim edir. Əsas odur ki, saf şəkildə eqodan, nəfsdən gələn heç bir hissin olmadığı yalın halda istəyək. Lakin o istəyin arxasınca “necə” sualı gəldiyi zaman mexanizm dəyişir.

Nə qədər ki, sadəcə istədiyimizə fokuslanmışdıqsa və mexanizm bizə o saf formada fokuslandığımızı verməyə, təqdim etmək üzrə işə düşməyə başlayırdısa, necə sualı ilə dəyişir və həmin “necəyə”, “necə olması” ilə bağlı işə düşür, onun necəliyini göstərəcək halda qarşımıza çıxır. Bir əsas məqam da odur ki, “necə” sualını verdiyimizdə eqomuz “məntiqi” işə salır və o, istədiklərimizə yönəlməməyimiz üçün bəhanələr, əngəllər irəli sürür. Çünki, eqomuz komfort zonasını heç zaman tərk etmək istəmir, ona görə də əlindən gələni edəcək ki, fikrinizi dəyişəsiniz.

Xəyal qurmaq çox önəmlidir, hətta detalına qədər qurmaq daha da gözəl və əladır. Çünki, o istədiyimiz şeyi hər dəfə beynimizdə canlandırdığımızda yaranması üçün bir növ dua etmiş oluruq. Hisslərimizlə o şeyi vizual olaraq duymağa başlayırıq, yaşamağa başlayırıq, o anı yaşayırıq, halhazırda baş verir kimi hiss edirik və bu bizi ona doğru gedən yollara yönəldir. Şüuraltımız bizə yolları göstərməyə başlayır, hətta fərqində olmadan belə o yolu tapıb, o yola düşürük.

Bəli, çətinliklər olacaq, lakin o xəyal, istək, saf enerji, dua (kim necə istəyir düşünə, deyə bilər hamısı eynidir mahiyyətcə) çətinliklərin öhdəsindən gəlməyin yollarını da göstərəcək. Bəzən insan hansısa problemini fərqində olmadan həll etmiş olur. Ona görə marağımız sadəcə fokuslansın xəyal qurarkən birbaş xəyalımıza, hədəfimizə, ali məqsədimiz nədirsə ona. O anda olarkən “necə, nə cür, hansı yolla” və s. ehtiyac yoxdur qayğılanmağa. Həm eqo, həm də həyat mexanizmi (və ya ilahi sistem) marağınızda olan, fokuslandığınız mövzunu həyata keçirməyə çalışacaq (hadisələrin gedişatı, insanlar, atılacaq addımlar, qərarlar vəs.)

İstəməkdən çəkinməyin, qorxmayın, istədiyiniz qədər istəyin. Necəliyi sizin işiniz deyil, istəmək haqqınızdır. Bir söz var: “Vermək istəməsəydi, istəməyi öyrətməzdi”, bir başqa fikirdə isə:  “Qəbul etməyəcəyi duanı, etdirməz” deyir.

Bir də ki, maraq dairəmizdə özümüz olmalıyıq, öz inkişafımız, mənəviyyatımız, fərqindəliyimiz yəni bir başqa deyişlə öz əskikliklərimiz, yarım qalan işlərimiz, qərarlarımız  və s. olmalıdır. Çünki özümüz yox, başqaları və ya faydasız mövzular olduqca özümüzdən uzaq düşürük, inkişafdan, kamilləşməkdən uzaqlaşırıq. Başqalarını tənqid edən eqoya yaxınlaşırıq, onu bəsləyirik, ruhən aclaşırıq. Ən əsas məqamlardan biri də odur ki, faydalı olmaq istəyi varsa, daxilimizdə bu onun əlamətidir ki, artıq marağımızı əhlilləşdirmə yoluna girmişik.

Müəllif:
Ülviyyə Əliyeva

© 2018 · coaching.az

“Ürəyimin səsi” rubrikasında dərc olunan məqalələr müəlliflərin öz mövqeyini əks etdirir. 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.