coaching.az |

Fəlsəfədə Eudaimonia nədir?

Fəlsəfə, ümumiyyətlə, düşünmək və sorğulamaq ifadələri üzərinə qurulmuş müdriklik sənətidir. O, fərdləri hərəkətə gətirə bilmək üçün cəmiyyətin ən vacib mexanizmasıdır.

Tarixdə qət etdiyi yol boyunca  elmi əsaslardan ayrılamadan yaradılışı anlamağa, anlatmağa çalışan fəlsəfənin əsas mövzularından biri olan “xoşbəxtlik” anlayışı bugünümüzdə yerini müvəqqəti həzz anlarına, keçici məqsədlərə vermişdir. Bunun səbəbini isə fəlsəfə elminə verilməyən dəyər və cəmiyyət arasında “mənə fəlsəfə danışma”, “mənə fəlsəfə oxuma” kimi ifadələrlə yer alan ucuzlaşdırma ideologiyalarında görürəm.

Fəlsəfə insan ruhunun aclığını doyduracaq ruhi xoşbəxtlik ideyası, dərin mənalar kəsb edən, bir uzun səyahət şəklində ifadə olunan “Eudaimonia”da öz əksini tapa bilib.

Aristotel’in “Nicomachean ethics” kitabının üz qabığı, Barned and Noble, 2011

Aristotelin ən maraqlı əsərlərindən biri olan “Nicomachean ethics” kitabında insanın yaşam məqsədinin  xoşbəxtlik – “eudaimonia” olduğunu bildirir və bu xoşbəxtliyi ağıl və ləyaqətdə görür. Eudaimonia əslində xoşbəxtlik anlayışının ən pik nöqtəsi kimi də qəbul edilə bilər.

Aristotelə görə insanların müxtəlif məqsəd və arzuları vardır. Bu məqsədlər öz işində daha yaxşı vəzifəyə gəlməkdən tutun yüzlərcə belə qısamüddətli məqsədlər kimi əsas hədəf olaraq sadalana bilər. İnsanlar vəzifələrini yaxşılaşdırdıqdan sonra daha fərqli məqsədlər qarşılarına qoyaraq keçici həzz anları yaşaraq, bu anların yaratdığı hisslərə də xoşbəxtlik deyirlər.

Xoşbəxtlik insanın özünü reallaşdırması olaraq dəyərləndirilməlidir. Hansısa yüksək vəzifə tutmaq sadəcə Maslow’un ehtiyaclar iyerarxiyası kimi görünəcəkdir. Aristotelə görə xoşbəxtliklə insan arasına şərt ya da vasitə qoymamalıdır, nəsə olarsa, yaxud nəyəsə sahib olarsa, xoşbəxt olacağını düşünməməlidir.

Burdan yola çıxsaq, fəlsəfi xoşbəxtliyin axtarışında olmaq anlıq, keçici, müvəqqəti həzz anlayışlarına qəti surətdə qarşı çıxan Aristotel xoşbəxtliyi  insanın ləyaqətlə (bütün ali insani keyfiyyətlərin bir insanda toplanması) və ağıl, iradə ilə etdiyi fəaliyyətlərin təyin etdiyi bir həyat sürmək kimi izah edir. Bu məqamda isə ləyaqəti dünyanı və yaradılışı dərk edən insanın ağlı ilə ölçür. Aristotelə görə insanın ləyaqətli ola bilməsi üçün ilk öncə düzgün yetişdirilməsi, tərbiyələndirilməsi, insanlara, varlığa, yaradılışa düzgün davranmağı öyrənməsi gərəktiyini bildirir. Yəni ailə və mühitin təsiri çox vacibdir burada.

Burada Aristotelin diqqətini daha çox insanın savadlı həkim, əlindən hər iş gələn usta, yaxşı bir müəllim, yaxud da mükəmməl rəsm əsərləri çəkən rəssam olmasından çox onun ləyaqətli, insanı insan edən dəyərləri daşıması çəkir.

Burada ləyaqət dedikdə isə; cəsarət, ölçülülük, dürüstlük, ədalət, alicənablılıq, dostluq kimi keyfiyyətlər nəzərdə tutur Aristotel.

Fəlsəfənin bu yolu bizə əsl etikanın, ləyaqətin, insani dəyərlərin və ağlın ön planda olduğu müddətdə qalıcı və uzun sürən xoşbəxtliyə çata biləcəyimizi anlatmağa çalışır. Daha doğrusu xoşbəxtliyin pik nöqtəsi olan Eudaimonia’ya çatacağımızı bildirir.

Son illərdə insanlarda tez-tez rastlaşdığımız pessimistlik, depressiya və əsəbilik, heç nədən zövq ala bilməmək kimi hallar insanın özünü anlaya bilməməsindən, ümumi götürdükdə isə, özünə ləyaqətli bir yol qura bilməməsinə əsaslanır. Bir ömürü boş mənasız sürdürən, heç bir ali məqsəd özünə təyinləşdirə bilməyən milyonlarla insan həyat yolunu beləcə tamamlayaraq köçüb getməkdədir.

Buna görə də artıq fəlsəfə elmini ciddi şəkildə ələ alıb, araşdırmaq, anlamaq və öyrəndiklərimizi öz həyatımıza tətbiq edərək Eudaimonia’ya çatmaq lazımdır. Əks halda bizlər keçici və mənasız həzlər və müvəqqəti hədəflər uğruna xoşbəxtliyin ən ali nöqtəsi olan Eudamonia’ya əlimiz çatmadan qocalacağıq…

Müəllif:
Aynur Atabəyli

© 2018 · coaching.az

“Ürəyimin səsi” rubrikasında dərc olunan məqalələr müəlliflərin öz mövqeyini əks etdirir. 

 

 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.