coaching.az |

Günə günəşlə başlayın

  • Erkən qalxın! Günəşin doğuşunu seyr edin. Səhərin sakitliyindən və yavaş axarından zövq almağa çalışın. Səhər saatları fikirləri bir yerə toplamaq, meditasiya və dua etmək, günə köklənmək üçün çox əlverişlidir.
  • Prioritetlərinizi müəyyənləşdirin! İlk əvvəl sizin və ailəniz üçün əhəmiyyətli olan işlərdən başlayın. Bunu etməklə işlərin çoxluğu içində çaşıb qalmaqdan xilas olacaqsınız.
  • Kitab oxuyun! Bir çox məqamlara aydınlıq gətirən və daxilinizdə olan bir çox suala ətraflı cavab verəcək kitablar oxuyun.
  • Daha yavaş yeyin! Əgər siz yeməyi sürətlə yeyirsinizsə, üstəlik də bunu paralel nəsə iş görərək etməyə çalışırsınızsa, nə yeməkdən, nə də gördüyünüz işdən həzz ala bilərsiniz. Yavaş yeməyə çalışın, yediyiniz qidanın ləzzətini hiss edin və ondan həzz alın.
  • Təbiət möcüzələrindən zövq alın və parkda gəzintiyə çıxın. Təbiət qoynunda istirahət etməyə çalışın və cəh-cəh vuran quşların səsindən ilham alın, təbiəti hiss edin. Dənizə gedin və dalğaların səsini dinləyin, ruhunuz dincəlsin.
  • Gülməli bir şey izləyin! Sizin ən çox sevdiyiniz bir komediyadan gülməli epizod, yaxud ən çox sevdiyiniz şounun maraqlı anları sizin gününüzə əlavə nikbinlik bəxş edəcək. Gözləriniz yaşarana qədər gülün … Bundan gözəl nə var?
  • Hobbilərinizi unutmayın! Əgər nə vaxtsa hər hansı bir layihə və ya hobbiyə başlamış, lakin müxtəlif səbəblərdən yarımçıq qoymusunuzsa, yenidən başlayın. İlk addımı atın və peşman olmayacaqsınız.
  • Sevdiyiniz, sizi xoşbəxt edən insanlarla zaman keçirin! Bütün gününüzü işinizə və ya fərdi məşğuliyyətinizə sərf etməyin. Gün ərzində mütləq sevdiklərinizə də vaxt ayırmağa çalışın.
  • İşlərinizi ardıcıllıqla görün! Əgər hər hansı bir işi təcili görmək lazımdırsa, onunla məşğul olun. Digər işlər gözləsə də olar. Hətta, digər işlər barədə fikirləşməyi də özünüzə qadağan edin. Bir neçə işi eyni zamanda görməyə çalışmaq ancaq keyfiyyətsiz nəticələrə gətirib çıxara bilər.
  • Çalışın xeyirxah olun, başqalarına kömək edin! Kiməsə kömək edəndə özünə də kömək etmiş olursan! İnsanlara təmənnasız yaxşılıq, qayğı və mərhəmət sizə şəxsi və iş həyatınızda kömək edəcək. Başqaları üçün bir şeylər etmək, sizin özünüzü yaxşı hiss etməyinizi təmin edər.

 

Müəllif: Dan Pedersen | Şəxsi inkişaf üzrə mütəxəssis
Tərcümə: İlhamə Əliyeva | coaching.az

© 2020 · coaching.az

Comments

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.