coaching.az |

Uğurunun sirri səndədir

Həyatınız uyğunlaşdığınız fəlsəfədən və perspektivlərdən formalaşıb və perspektivlərinizi dəyişdirmək hazırkı şəxsi və biznes həyatınızda ani dəyişiklik yarada bilər. İşgüzar bir şəxs kimi uğurlu olmaq istəyirsinizsə, perspektivlərinizi daha da gücləndirmək üçün yollar axtarmalısınız.

Öyrəndiyim ən güclü fəlsəfələrdən biri biznes filosofu Jim Rohna aiddir. O, seminarlarının birində belə demişdi: Sizə, bazara dəyər gətirməyiniz üçün ödəniş edilir, əgər çox qiymətli deyilsinizsə, demək çox da gəlir əldə etmirsiniz.

Bu prinsip məktəblərin öyrətdiyi nümunələrin, əksəriyyətimizin necə yetişdirildiyinin və medianın ictimaiyyətə təsvir etdiyinin qəlibinə qarşıdır. Bu güclü fəlsəfəni başa düşdüyünüz və onu həyatınıza tətbiq etdiyiniz təqdirdə, etməyənlərə nisbətən əhəmiyyətli bir üstün inkişafla fərqlənəcəksiniz.

İnsanlar iqtisadiyyatı, iş yerlərini və ya hökuməti gəlirlərinin az olmağına görə günahlandırarlar, lakin dəyərlərini və bacarıqlarını artırmaq üçün çox şey etməzlər.

Hamımızın anlamalı olduğumuz sərt reallıq budur ki, bizim dəyərimiz hər zaman tam olaraq ödənilir və ya layiq olduğumuzu əldə edirik.

Əgər işçi minimum əmək haqqı qazanırsa, bu onun bazara gətirdiyi dəyərdir. Buradan belə bir sual yaranır: niyə kimsə bir saatda şirkətə 500, digəri isə 15 dollar gəlir qazandırır? Çox sadədir. Demək ki, əməkdaşlardan bəziləri şirkətə daha çox dəyər qatır.

Rəqabətli bazarda dəyəriniz artdıqca, siz daha çox gəlir əldə edirsiniz. Əsil sahibkarlar kimi, daima daha da qiymətli olmaq üçün yeni yolların izində olmalısınız. Bu düşüncəni nə qədər tez kəşf etsəniz, günü – gündən sürətlə irəliləyən iqtisadi bazarda daha tez inkişaf edəcəksiniz.

Əsas problem. Eyni bir şirkətdə illərlə işləmək, gördüyünüz işin dəyərini artırmaz və ya illərin təcrübəsinə malik olmaq sizin dəyərinizi artırmaz.

Yəqin ki, “Mənim 20 illik təcrübəm var, mən daha çox maaş almalıyam” kimi fikirləri çox eşitmisiniz. Əgər reallığa baxsaq, həmin insanın bir illik təcrübəsi 20 il ardıcıl təkrarlanıbsa, buna görə daha çox mükafat gözləmək nə qədər doğrudur?! Onlar təcrübədən qazandıqlarını gücləndirmədikcə, fərqli yolları yoxlamadıqca və davamlı olaraq məhz şəxsi bacarıqlarının üzərində çalışmadıqca, təəssüf ki, illər boyu dəyişikliyə meylli olmayan insanlar arasında itib-batırlar. Yüksək gəliri təmin edən başlıca amil illər deyil, dəyərlərdir.

Fokus mərkəzi. “İşinizdən daha çox, öz üzərinizdə işləməyi öyrənin. Doğrudur, işiniz üzərində çox çalışsanız, həyatınızı qura biləcəksiniz, lakin öz üzərinizdə çalışsanız, sözün əsl mənasında uğurlu taleyinizi müəyyən edəcəksiniz.”  Jim Rohn

Əslinə baxsaq, nə iqtisadiyyat üçün çalışmaq, nə şirkətinizi, hakimiyyəti, müdirinizi, nə də ətrafınızı dəyişmək gərək deyil. Siz dəyişdiyiniz təqdirdə, hər şey sizin üçün dəyişəcək.

Daha uğurlu insan olmaq üçün cəhd edin. Kimliyinizi başqaları ilə müqayisə etməkdənsə, fərqləndirin. Sizdən daha yaxşı olması lazım olan tək insan, dünən olduğunuz şəxsdir.

Bazara necə“dəyər” gətirməli?

Gördüyünüz hər işdə ən yaxşı olmaqla başlamalısınız. Biznes mühitində ən yüksək dərəcəyə öz şəxsiyyətinizi, bacarıqlarınızı  və başqalarına verdiyiniz dəyəri artırmaqla nail ola bilərsiniz.

Biznesinizin, iş yerinizin və müştərilərinizin dəyərini yüksəldəcək işlər görün. Dəyərinizi artırmaq, rəqabətə qarşı durmaq və imkanlar yaratmaq üçün aşağıdakı yollardan faydalana bilərsiniz:

Araşdır. İş sahənizi öyrənin, rəqiblərinizi tanıyın.

Məhsuldarlıq. Nə və nə qədər iş görürsünüz?

Səmərəlilik. Nə etdiyinizi necə və hansı yollarla başa salırsınız?

Təşkilat. Verilmiş tapşırıqlardan əlavə hansı yollara baş vurursunuz.

Təsir etmək. Başqalarını uğurlu olacağınıza necə inandıra bilərsiniz.

Məşhurluq statusu. Hədəf kütləniz tərəfindən nə qədər yaxşı tanınırsınız?

Etibarlılıq. Başqaları sizin haqqınızda nə bilir və nə düşünür?

Vizyon. Başqalarının görə bilmədiyini, anında görə bilirsinizmi?

Şəxsiyyət. Başqalarına necə münasibət göstərirsiniz və necə əlaqə qurursunuz?

Rəftar/münasibət. Özünüzə və başqalarına münasibətiniz necədir?

Fərqindəlik. Güclü və yaxşı olduğunuz tərəfinizin fərqində olun.

Mükəmməllik. Daima öyrənə biləcəyiniz insanların ətrafında olun.

Bir sahibkar kimi yüksək səviyyəyə addımlamaq istədiyiniz təqdirdə, uğurunuzun qarşısında dayanan bütün limitləri aşmış olacaqsınız. Bu, insanlıq tarixində alınmış ən böyük qərardır: yaxşı olmayanlara göz yummamaq və iqtisadi mənafelərinə görə yüz faiz məsuliyyət daşıdıqlarını daxilən anlamaq. Daha qiymətli olduğunuzu ən birinci özünüzə sübut edin. Ətraf mühitinizdə nələr baş verməsindən asılı olmayaraq, hər zaman təkmilləşmək sizin əlinizdədir.

Müəllif: Peter Voogd | Entrepreneur
Tərcümə: Dilbərxanım Hüseynli | coaching.az

© 2018 · coaching.az

 

 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.