coaching.az |

Nə üçün kouçla çalışmalıyıq?

Bir iş adamı kimi siz bütün işləri özünüz görməyi xoşlaya bilərsiniz. Lakin, daim təkbaşına yol getmək o qədər də yaxşı fikir deyil.

Bəzən elə vaxt yetişir ki, həm özünün, həm də biznesinin maksimum potensialına çatdığına əmin olmaq üçün ekspert fikrinə ehtiyacın olur. Belə vaxtlarda həyat, yaxud biznes kouçuna müraciət etmək ağıllı bir addımdır.

Öz təcrübəmdən deyə bilərəm ki, çox illər öncə şəxsi biznesim üçün kouça müraciətimin mənə saysız-hesabsız faydalar gətirdi. Aşağıda, kouça müraciət edərək öz biznesinizi necə daha uğurlu edə biləcəyinizə dair 10 nümunə göstərirəm.

  1. Durğunluqdan xilas olub, motivasiya əldə edirsiniz.

Biznes kouçunuzun biznesiniz üçün edə biləcəyi ən yaxşı şey şübhəsiz ki, sizi durğunluqdan qurtarmaqdır. Biznes sahibi kimi özünüzə məxsus gedilməli xeyli yolunuz ola bilər və bunları beyninizdə düşünməyə həddindən artıq vaxt sərf edə bilərsiniz. Ona görə də, düşüncələrinizi həyata keçirmək üçün itələyici qüvvəyə ehtiyacınız var.

Daxili motivasiyanızın nə qədər olmasından asılı olmayaraq, bəzən eyni sürətlə davam etmək imkansız görünə bilər. Xaricdən kouç vasitəsilə edilən təsir məhz irəli getmək və davamiyyət üçün ehtiyacınız ola şeydir. Düşündüyünüz şeyin təsdiqi ilə yanaşı, kouç sizə axtardığınız əlavə təkanı verir.

  1. Yeni şeyləri sınaqdan keçirməyə təhrik edir.

Virtual biznes idarəedicisi kimi mən öz ideya və məqsədlərimdən tez təsirlənə bilirəm.  Bura mənim üçün rahat yerdir, çünki bütün günü evdə – öz ofisimdə qalıb öz aləmimdə yeni şeylər “yaramağa” davam edirəm və bununla da ətrafımdakı real dünyanı tərk edirəm.

Əgər siz də mənim işimə bənzər işlə məşğulsunuzsa, o zaman komfort zonasından çıxmağın və yeni insanlar tanımağın, yaxud yeni üsullar sınamağın nə qədər çətin olduğunu anlaya bilirsiniz. Məhz bunun üçün yanında peşəkar kouçun olması vacibdir.  Onlar etdiyiniz işi yarımçıq qoymaq əvəzinə, onu sevərək davam etdirmək, eyni zamanda özünüzü kəşf etmək və daha çox ideyalar düşünmək üçün sizə daim incə bir təkan verəcəklər.

Həyatda məşğul olduğumuz şeylərin hamısı bir-biri ilə əlaqəlidir: maliyyə vəziyyətimiz, biznesimiz və özümüz. Bu səbəbdən, mən həm həyat, həm də biznes kouçu ilə eyni vaxtda çalışıram, çünki ruhi və iqtisadi çətinlikləri birlikdə dəf etməliyəm.

  1. Yaradıcılığınızı və gəlirinizi artırır.

Bir zamanlar daxili bariyerlərimə qalib gəldikdən sonra, kreativliyim də cilovsuz qaldı və daha yaxşı ideyalar tapmaq və müştərilərimə yeni xidmətlər təklif etmək üçün beyin fırtınası etməyə başladım. Kouç komfortlu düşüncə zonanızdan çıxmaq, dəyər verdiyiniz şeylərin qayğısına qalmaq və yeni növ məhsullarla daha çox pul qazanmaq, yaxud qiymətlərinizi qaldırmaq üçün sizi cəsarətləndirəcək.

Kouç eyni zamanda ideyalar irəli sürüb, nəzəriyyələri sınaqdan keçirmək və işinizi doğru şəkildə nümayiş etdirə bilmək üçün sizə etibarlı mühit yaradır. Bizim kimi yaradıcı insanların çoxu üçün özümüzü tərifləmək və nailiyyətlərimizi paylaşmaq çox çətindir, amma kouçumuz bu güvənsizliyi aşmaq üçün bizə yardım edəcək. Və ən önəmlisi, artıq bir dəfə topu əldə etdinizsə, sizi dayandırmaq çətin olacaq!

  1. Dəstək və cəsarət qazanırsınız.

Yanınızda planladığınız şeyləri bacaracağınıza inanan biri olanda, qazanacağınız nailiyyətlərə özünüz də təəccüblənəcəksiniz. Daimi dəstək sisteminizin olması, yaxud bir neçə həvəsləndirici sözlər eşitmək sizin əhvalınızı qaldıracaq.

Ətrafınızda baş verənlər vaxt keçdikcə həddən artıq yüklənməyinizə, əsəbiliyə, hətta tək qalmağınıza səbəb ola bilər. Kouçunuz isə daim belə anlarda yanınızda olacaq və uğur üçün növbəti addımı atmaqda sizə kömək edəcək.

Təbii ki, önəmli olan odur ki, həyatın qarşınıza çıxaracağı bütün oyunlarına qarşı hazırlıqlı olasınız. Lakin, siz özünüzü hazır hiss edənə qədər, kouçunuzdan aldığınız dəstək və cəsarət möhtəşəm işlər görmək üçün ehtiyacınız olan şeydir.

  1. Güclü və zəif tərəfləri müəyyən edəcəksiniz.

Özümüzü yaxşı tanıdığımızı və sevdiyimiz/sevmədiyimiz şeyləri bildiyimizi düşünmək çox asandır. Lakin gizli bacarığımızı və dərində yatan arzularımızı ortaya çıxarmaq vaxtı gələndə, çox güman ki, özünüz də təəccüblənəcəksiniz.

Bəzən sizi yaxşı tanıyan birindən kənardan necə görünməyiniz barədə onun fikrini almaq faydalı olur. Kouç  bu cizgiləri müəyyən edib, güclü tərəflərinizi zəiflikləri aradan qaldırmaq üçün istifadə edə bilər.

  1. Daha çox özünə inam əldə edirsiniz.

Kənardan sizi öz komfort zonanızdan çıxmağa məcbur edən biri olmadıqca, nələrə qadir olduğunuzu doğru təxmin edə bilməzsiniz.  Öz biznes kouçumla bir ildən çox işlədikdən sonra, mən ideyalarımı həyata keçirə bilmə, düşüncə prosesi və hətta biznesimə yanaşma tərzimdə daha çox əminlik əldə etdim.

Əgər siz də mənim kimi fərqli ideyalar düşünə bilirsinizsə, bu özlüyündə möhtəşəmdir, lakin siz həmişə əmin ola bilməzsiniz ki, bu yaxşı ideyadır, yoxsa sadəcə imtina edilməlidir. İş məqsədlərinizə nail olmağa özünü inandırmaq bəzən çətin olur və bu da kouça ehtiyacınızın olduğunu vurğulayan növbəti nüansdır.

Onlar böyük məqsədləri tamamlamaq üçün dəstək və bəzən də ideyaları reallaşdırmaq təlimatı verməklə, sizdə ehtiyacınız olan əminliyi aşılayır.

  1. Cəsarətli, lakin real məqsədlər qoyursunuz.

Məqsədlər qoymaq və xəyallar qurmaq o qədər də çətin deyil, hətta əminəm ki, bir çoxunuzun öz biznesiniz üçün hazır siyahıya salınmış çoxsaylı ideyaları var. Bəs onlara çata bildinizmi?

Kouçla bunu bacararsınız! Və siz əmin olun ki, istəyinizə çataqsınız, çünki bunu istədiyinizi söylədiniz və kouçunuz yetərincə cəhdlər etmədən bəhanələr etməyə, yaxud təslim olmağa icazə verməyəcək. Çox vaxt da onlar sizdən bunu ən yüksək səviyyədə etməyi gözləyəcək, çünki həqiqi potensialınıza bələd olacaqlar.

Onlar sizi yeni şeyləri sınamağa təhrik etməklə yanaşı, daha qlobal düşünməyə, daha hündürə sıçramağa və əsl istədiyini əldə etmək üçün cəsarət verən güclü motivatorlardır.

Cəsarətli (ürküdücü) məqsədlər sizi ölüm qədər qorxuda bilər, lakin təcrübəli kouç bilir ki, bu məqsədə çatmaq düşündüyünüzdən daha realdır. Beləliklə, belə çılğın məqsədlərə çatdıqca, özünüzü məğlubedilməz hiss edəcək və özünə inamınız rekord göstəricidə artacaq.

  1. Ehtiyaclarınızı (biznesinizi) priroritetə çevirəcəksiniz.

Biznes sahibi kimi müştəriləri, partnyorları və hətta ailənizi fərdi ehtiyaclarınızın önünə qoymaq asandır.  Bu, xüsusilə, təkbaşına işləyən təşəbbüskarlara və sərbəst çalışan mütəxəssislərə (freelancer) aiddir.

Biznes kouç sizə əqli və fiziki sağlamlıq da daxil olmaqla, həyatın digər vacib hisslərini qurban vermədən biznesinizin uğurlu şəkildə öncəlik verməyinizə kömək edəcək.

Bundan əlavə, işlərinizi şəxsi həyatınıza problemsiz daşımaq üçün də kouçunuzla əlbir ola bilərsiniz. Texnologiyanın mövcud olduğu dövrdə, özünüzə və ətrafınızdakı insanlara ən yaxşı şəkildə xidmət vermək üçün heç bir bəhanəniz olmamalıdır.

  1. Kiminsə qarşısında hesab verirsiniz.

Bu həftə nələri bitirə bilmişiniz? Məqsədinizə doğru hansı irəliləyiş var? Bunlar hər kouçinq seansının əvvəlində soruşulan və yerinə yetirməzsən utanmağa vadar edəcək suallardır.

Kouç sizin hesab verəcəyiniz partnyorunuz olacaq və daim sizə nələri etməyə söz verdiyinizi, nəyin uğrunda mübarizə apardığınızı xatırladacaq. Özümüzə söz vermək və daha sonra da onu yerinə yetirməmək bizim üçün asandır, çünki, əməl etmək bizə çox çətin görünür, eyni zamanda heç kimin qarşısında məsuliyyət hiss etmirik.

Amma qarşısında məsuliyyət daşıdığın bir insan olduqda, belə lüksümüz olmur. Əgər həqiqtən də nəhəng məqsədləri həyata keçirmək və biznesinizi növbəti mərhələyə aparmaq istəyirsinizsə, biznes kouçun yardımından faydalanmaq ən düzgün seçimdir.

  1. İdeyalarınızı cilovlayırsınız.

Təşəbbüskar zəkasına sahib olmaq gözəldir, lakin ideyalar özləri ilə çətinlikləri də gətirir. Onlardan biri budur ki, çoxlu ideyamız var, lakin haradan başlamaq lazım olduğunu bilmirik. Digər tərəfdən, siz işə başlamaq əvəzinə vaxtınızı daim o ideya haqqında düşünməyə sərf edə bilərsiniz.

Yanınızda kouç olduğu zaman isə, düşüncələrinizi təzələməkdə, fərqli prespektivlərdən baxmaqda və ideyalarınızı ram etməkdə o, sizə yardım edəcək. Eyni zamanda irəliyə doğru hərəkət etmək zamanı gələrkən, əsas istiqamətinizi asanlıqla təyin etməyinizə şərait yaradacaq.

Kouçinq biznesinizə qoyacağınız ən yaxşı investisiyadır!

Biznesinizi təkbaşına idarə etmək – bu asan iş deyil, hətta mən deyərdim ki, mümkün deyil. Adətən iş həyatında dostların, ailənin və həmkarların dəstəyinə ehtiyac duyulur. Ancaq, mənim təcrübəm deyir ki, kouç da lazımdır.

Həyat və biznes kouçu ilə çalışmaq mənim biznesimi yeni səviyyəyə qaldırdı. Bu çox vacib dəstək olmazsa, böyük ehtimalla mən həyatımdan nifrət edə-edə gündəlik işimdə qalaram.

Müəllif: Carrie Smith | Careful Cents şirkətinin qurucusu və rəhbəri
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2019 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.