coaching.az |

Kimlər kouç ola bilər?

Kouçinqlə əlaqədar tez-tez aldığım suallardan biri budur ki, kimlər kouç ola bilər? Mən bu yazıda işin sertifikasiya tərəfinə toxunmayacağam. Sertifikasiya hər nə qədər əhəmiyyətli sayılsa da, kouçinq bir “olma” məsələsidir. Ola bilər ki, siz özünüzə invesitisiya edib hansısa nüfuzlu məktəbdən kouç sertifikasiyasına sahib olmusunuz və artıq kouç kimi fəaliyyət göstərmə səlahiyyətiniz var. Amma unutmaq lazım deyil ki, sizi yaxşı kouç etməyə sadəcə bu kağız parçası kifayət etməz. Kouçinq fəlsəfəsinə uyğun olmayan düşüncə, davranış, həyat tərzi və verdiyiniz xidmətin keyfiyyətsizliyi sizi bu peşədən uzaqlaşdırar.

Kouçinq davamlı olaraq öyrənməni və praktikanı tələb edir. Bir dəfəyə alınıb, sonra da tozlanmaya məhkum edilən sertifikat sizi kouç etməz. Beynəlxalq Kouç Federasiyasının ACC və ya PCC kimi kouçinq dərəcələrini üç illik müddətə verməsi və bu dərəcələr yenilənən zaman CCE (Continuing Coach Education) adlanan əlavə tədris saatlarını tələb etməsi boşuna deyil.

Kouçinq dəyişikliyə dəvətdir. Davamlı dəyişikliyi təbliğ edən şəxs əvvəlcə özü bu barədə yaxşı nümunə olmalıdır. Koçilərinizin (müştərilərinizin) üzərində müsbət təsirinizin olmağını istəyirsinizsə, əvvəlcə öz nəfsinizin kouçu olmalısınız.

Kouçinq bu peşənin qaydalarına və etika standartlarına loyallıq tələb edir. Əgər siz təhsil aldığınız məktəbin prinsiplərinə, Beynəlxalq Kouç Federasiyası kimi üzvü olduğunuz təşkilatların etika tələblərinə loyal davranmırsınızsa, müştərilərinizə qarşı dürüst olmursunuzsa (misal üçün, hər hansısa səbəbdən kouçinq prosesinin doğru getmədiyini gördüyünüz halda müştərinin-kouçinin verəcəyi pula şirnikləşib, seansı vaxtında dayandırmırsınız), həmkarlarınıza haqsız rəqabət mühiti yaradırsınızsa (misal üçün, Beynəlxalq Kouç Federasiyasının ACC və ya PCC kimi ünvanlarını almaq üçün saxta görüş seanslarının loqlarını təqdim edib, həmkarlarınızdan süni şəkildə qabağa keçməyə çalışırsınız), yaxşı olar ki, özünüzə başqa peşə seçəsiniz.

Elçin Əzimli
Biznes kouç və təlimçi,
Emosional İntellekt üzrə sertifikatlaşdırılmış mütəxəssis
“Dan ulduzu” romanının müəllifi

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.