coaching.az |

Adler kouçinq proqramı yenidən başlayır!

Ölkəmizdə ikinci dəfə təşkil ediləcək Adler peşəkar kouçinq proqramı sentyabrın 25-də Bakıda start götürür. Bu proqram Beynəlxalq Kouç Federasiyası (ICF) tərəfindən ACTP proqramı olaraq akreditə edilmişdir. Üç ay boyunca 92 saat davam edəcək bu proqramın sonunda növbəti kouç qrupumuz ICF tərəfindən akreditə olunmuş peşəkar kouçların sırasına daxil olacaqdır.

Qeyd edək ki, bu təlimlər Kanada mərkəzli Adler Kouçinq Məktəbinin təlimçilərinin təqdimatında, bu məktəbin Azərbaycandakı rəsmi nümayəndəsi ALPHA Coaching & Consulting şirkəti tərəfindən həyata keçirilir. Kouçinq, konsaltinq və peşəkar biznes təlimləri üzrə xidmətlər təqdim edən ALPHA Coaching & Consulting şirkəti 2011-ci ildən etibarən fəaliyyət göstərir.

ICF akreditasiyalı peşəkar kouçinq sertifikasiya proqramı ilə minlərlə üst səviyyəli idarəçi, insan resursları mütəxəssisi, təlimçi, psixoloq və digər peşə sahiblərini məzun edən Adler Kouçinq Məktəbi Azərbaycandakı proqramlarını türk və ingilis dillərində təşkil verir. Adler ALPHA Coaching & Consulting şirkətinin iş ortağı olaraq Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərir.

Təlimlər peşəkar kouçlar Ayşe Elerman Nemutlu (PCC, CPCC, ORSCC, ACT), Ahmet Süha Koçel (PCC, ACPC, ACT) və Yücel Kosal (MCC, CPCC, ORSCC, ACT) tərəfindən təqdim ediləcəkdir.

ALPHA-dan verilən məlumata görə, proqramda iştirak etmək istəyənlər www.coach.az səhifəsi vasitəsi ilə müraciətlərini edə bilərlər.

Məryəm Ələkbərli

© 2019 · coaching.az

 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.