coaching.az |

Zəmanəmizin paradoksu

Aşağıdakı sətirlərin sahibi George Carlin (1937 – 2008) 5 Grammy mükafatına sahib, adı ABŞ-da “100 ən böyük “stand-up”çı” siyahısında yer alan böyük komediya ustası, aktyor və yazıçı olmuşdur.  O, bu məktubu həyat yoldaşı Brendanın ölümündən sonra “Zəmanəmizin paradoksu” adı altında qələmə almışdır.

Daha yüksək binalarımız, ancaq daha qısa səbrimiz var; daha geniş avtomobil yollarımız, ancaq daha dar baxış bucağımız var.

Daha çox xərcləyirik, ancaq daha az şeyə sahibik; daha çox alış-veriş edirik, ancaq daha az məmnun qalırıq.

Daha böyük evlərimiz, amma daha kiçik ailələrimiz; daha çox ev əşyamız, ancaq daha az zamanımız var.

Daha çox təhsilimiz, ancaq daha az sağlam düşüncəmiz; daha çox savadımız, ancaq daha az müdrikliyimiz var.

Daha çox mütəxəssisimiz, ancaq yenə də daha çox problemimiz; daha çox dərmanımız, ancaq daha az sağlamlığımız var.

Həddindən artıq alkoqol və siqaret istehlak edirik. Böyük israfla pullar xərcləyirik. Çox az gülürük. Çox sürətlə maşın sürürük. Çox tez əsəbləşirik. Gecə səhərə qədər yatmır, səhər tezdən isə yuxudan yorğun oyanırıq. Çox az oxuyuruq, televizora isə çox baxırıq. Nadir hallarda şükür edirik.

Var-dövlətimizi çoxaltdıq, ancaq dəyərlərimizi azaltdıq.

Çox danışırıq. Çox az sevirik. Çox tez-tez nifrət edirik.

Dolanışığımızı təmin etməyi öyrəndirk, ancaq həyatımızı qurmağı öyrənmədik.

Həyatımıza illəri doldurduq, ancaq illərimizə həyat sığışdıra bilmədik.

Aya gedib gəlməyi öyrəndik, ancaq yeni qonşumuzla qarşılaşmamaq üçün küçənin o biri tərəfinə keçmək problemimiz var.

Ətrafdakı dünyaları fəth etdik, ancaq iç dünyamızı fəth edə bilmədik.

Daha böyük işlər gördük, ancaq daha yaxşı işlər görə bilmədik.

Havanı təmizlədik, ancaq ruhumuzu kirlətdik.

Atomların üzərində hakimiyyət qurduq, ancaq qərəzimizə hakim ola bilmədik.

Daha çox yazırıq, ancaq daha az öyrənirik.

Daha çox planlar qururuq, ancaq daha az nəticə əldə edirik.

Sürətlə hərəkət etməyi öyrəndik, ancaq səbr edib gözləməyi öyrənmədik.

Daha çox məlumatı depoladıq, ancaq məlumatların surətini köçürmək üçün hər zamankindən daha çox kompyuterlərdən istehsal edirik. Get-gedə daha çox ünsiyyət qururuq.

Zaman artıq tez-bazar hazırlanan və yavaş həzm olunan qidaların, böyük insanların və kiçik xarakterlərin, böyük qazancların və dayaz ünsiyyətlərin zamanıdır.

Müasir zaman qaraja iki maşının daxil olduğu, ancaq boşanmaların daha çox baş verdiyi, daha bəzəkli evlərin olduğu, ancaq daha çox dağılmış yuvaların mövcud olduğu zamandır.

Bu günlər sürətli səyahətlər, istifadə olunub atılan uşaq bezləri, yox edilən əxlaqi dəyərlər, bir gecəlik münasibətlər, şişman bədənlər və nəşələndirməkdən sakitləşdirməyə, hətta öldürməyə qədər yarayan həblərin aktual olduğu günlərdir.

Vitrinlərdə her şeyin nümayiş etdirildiyi, ancaq depoların boş olduğu zamanədə yaşayırıq.

Elə bir zamanə ki, texnologiya bu məktubu sizə gətirə bilər, sizsə bu məzmunu ya paylaşmağı, ya da sil tuşuna basaraq yox etməyi seçə bilərsiniz.

Həyat aldığımız nəfəslərin sayı ilə deyil, nəfəsimizi kəsən gözəl anların sayı ilə ölçülür.

George Carlin həyat yoldaşı Brenda ilə həyatının ən xoşbəxt günündə.

 

George Carlin

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.