coaching.az |

Uğurun gəldiyi an

Bir gün uğurları ilə tanınan bir iş qadınına uğurlarının sirrini soruşdum.

– Uğurumun sirri sadədir, – deyə gülümsəyərək cavab verdi. – Uğur xırda davalardan vaz keçdikdən və həyatımın məsuliyyətini öz üzərimə aldıqdan sonra gəldi.

– Mən arxamca qiybət edənlərlə mübarizə aparmaqdan vaz keçdim;
– Qohumlarımın söz-söhbətləri ilə özümü yormaqdan vaz keçdim;
– Sevgi və diqqət üçün vuruşmaqdan vaz keçdim;
– Cahil insanlarla öz hüququmu müzakirə etməkdən vaz keçdim;
– Mənə aid olmayan söhbətlərin içərisində olmaqdan vaz keçdim;
– Nəhayət, hamının xoşuna gəlməkdən vaz keçdim.

Bütün bunları isə o insanlara buraxdım ki, həyatlarında mübarizə aparacaq heç nələri yoxdur.

Sonra isə mən öz xəyallarım, hədəflərim, ideyalarım, xoşxbətliyim və taleyim üçün mübarizə aparmağa başladım.

Bax, xırda davalardan vaz keçdiyim o gün mənim daha xoşbəxt və uğurlu həyatımın başlanğıcı oldu.

Nəticə: İçində olduğumuz mübarizələr şəxsiyyətimizin böyüklüyünün göstəricisidir. Böyümək istəyiriksə, həyat mübarizəmizi xırda məsələlərdən uzaq tutmalıyıq.

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.