coaching.az |

Stiv Cobsun vidası

Mən iş dünyasında uğurun zirvəsinə yüksəlmiş insanam. Başqalarının gözündə mənim həyatım uğurun təcəssümü kimi görsənir.

Ancaq, işdən başqa məni sevindirən şeylər azdır. Nəhayətdə, var-dövlət sadəcə həyatın bir faktıdır; hansı ki, vərdiş etmişdim.

Hal-hazırda mən xəstə yatağında uzanmışam və bütün həyatıma nəzər salarkən anlayıram ki, qürur duyduğum bütün təqdirlər və var-dövlət mənə doğru gələn ölümün qarşısında öz əhəmiyyətini itirib.

Qaranlıqda, həyatımın davamını təmin edən aparatların yaşıl işığına baxarkən və uğuldayan mexaniki səslərə qulaq asarkən mən ölümün nəfəsini yaxından hiss edirəm… İndi bilirəm ki, kifayət qədər var-dövlət yığdıqdan sonra biz həyatda özümüzə zənginliklə əlaqəsi olmayan tamamilə başqa suallar verməliyik.

Daha vacib sayılan başqa şeylər olmalıdır: bəlkə, münasibətlər, incəsənət, gənclik arzuları…

Varlı olmağın durmaq bilməyən nailiyyətləri insanı kuklaya çevirir, hansı ki, mənim də başıma gəlmişdi. Yaradan bizə sevgimizi hər qəlbə ötürmək üçün duyğular bəxş edib. Zənginliklə əlaqədar illüziyalara qapılmamalıyıq. Ömür boyu topladığım zənginliyi mən özümlə apara bilmirəm. Özümlə apara bildiyim şeylər – sadəcə, sevgi ilə əlaqədar xatirələrimdir.

Sizi müşayiət edən, arxanızca gələn, sizə yolunuza davam etmək üçün güc və işıq verən əsl zənginlik bax, budur.

Sevgi min mil boyunca səyahət edə bilər. Həyatın sərhəddi yoxdur. Hara getmək istəyirsinizsə, ora gedin. Fəth etmək istədiyiniz zirvələrə qalxın. Bütün bunlar sizin qəlbinizdə və əlinizdədir.

Dünyanın ən bahalı çarpayısı hansıdır? – “Xəstə insanın çarpayısı”. Sizi işə aparacaq sürücünü, yerinizə pul qazanacaq işçini işə ala bilərsiniz, ancaq heç kəs sizin yerinizə xəstə çarpayısında yatmayacaq. İtirdiyimiz maddi əşyalar yenidən tapıla bilər. Ancaq, bir şey var ki, itirsən bir daha tapa bilməyəcəksən – o, həyatdır.

İnsan əməliyyat otağına daxil olarakən anlayır ki, oxuyub bitirmədiyi bir kitab var – “Sağlam həyatın kitabı”.

Həyatımızın hansı mərhələsində yaşamağımız vacib deyil – gün gələcək, pərdə düşdüyü zaman biz hamımız suyun dibinə batacağıq.

Sizin xəzinəniz – ailənizə, həyat yoldaşınıza, dostlarınıza olan sevginizdir. Özünüzü qoruyun, başqalarının qayğısına qalın.

Stiv Cobs (1955 – ∞)

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.