coaching.az |

Siz emosional zəkaya sahibsinizmi?

Emosional zəka müvəffəqiyyətin əsas faktorlarından biridir.

Emosional zəka (EQ) ilk dəfə cəmiyyətdə peyda olanda, o, xüsusi bir tapıntının çatışmayan halqası kimi təqdim olundu: orta intellektual zəkaya (IQ) malik olan insanlar yüksək intellektual zəkaya malik olanların 70%-dən çox üstün oldular. Bu anomaliya IQ-nun müvəffəqiyyətin tək qaynağı olduğu qismindəki geniş şəkildə qəbul edilmiş ehtimalı yerlə yeksan etdi.

On illər boyunca aparılan araşdırmalar indi emosional zəkanı, “ulduz icraçı”ları digərlərindən fərqləndirən vacib amil olaraq göstərir. Bu əlaqə o qədər güclüdür ki, yüksək məhsuldarlığa malik insanların 90%-i yüksək emosional zəkaya malikdirlər.

Emosional zəka hər birimizdə bir az toxunulmaz olan “bir şey”dir. O davranışımızın idarə olunmasına, sosial çətinliklərə uyğunlaşmağımıza və müsbət nəticələr əldə etmək üçün şəxsi qərarlar qəbul etməyimizə təsir göstərir.

Emosional zəkanın əhəmiyyətinə baxmayaraq, nəzərə çarpmayan xarakterə malik olması onun ölçülməsini çətinləşdirir və  sizdə emosional zəka çatışmırsa, onu təkmilləşdirmək üçün nə edəcəyinizi bilmirsiniz. Siz elmi olaraq təsdiqlənmiş, məsələn, Emosional Zəka 2.0. kitabında təqdim olunan testlərdən keçə bilərsiniz, lakin təəssüf ki, bu tip testlərin əksəriyyəti ödənişli olur. Beləliklə, mən TalentSmart vasitəsilə sorğulandırılmış milyonlarla insanın məlumatlarını yüksək emosional zəkanın fərqləndirici xüsusiyyətləri olan davranışları müəyyən etmək üçün analiz etdim. Aşağıdakılar sizin yüksək emosional zəkaya malik olduğunuzu göstərir:

Sizin sağlam emosional söz ehtiyatınız var.

Bütün insanlar emosiyalara qapılırlar, lakin yalnız bəziləri onları qaydasında müəyyən edə bilirlər. Bizim tədqiqatlarımız göstərir ki, ancaq insanların 36 %-i bunu etməyə qadirdir. Belə problemli vəziyyətlərdə idarə olunmayan emosiyalar yanlış anlaşılır, bu da qeyri-məntiqi seçimlərə və əks tədbirlərə gətirib çıxarır.

Yüksək emosional zəkaya malik olan insanlar öz emosiyalarını idarə etməyi bacarırlar, çünki onlar emosiyalarını anlayır və bu emosiyaları ifadə etmək üçün geniş söz ehtiyatından istifadə edirlər. Bir çox insan əhvallarını təsvir etmək üçün sadəcə “pisəm” sözündən istifadə etdikləri halda, emosional zəkaya malik olanlar “əsəbilik”, “ümidsizlik”,  “əzilmişlik” və ya “narahatlıq” kimi hisslərdən hansını yaşadıqlarını təyin edə bilirlər. Hansı konkret mənanı seçməyinizdən asılı olaraq siz özünüzü necə hiss etdiyinizi, bu vəziyyəti yaradan səbəbi və bununla əlaqədar olaraq nə etmək lazım olduğunu daha yaxşı anlayacaqsınız.

İnsanlarla maraqlanırsınız.

İntrovert və ya ekstrovert olmağından asılı olmayaraq,  emosional zəkaya malik olan insanlar ətraflarında baş verən hər şeylə dərindən maraqlanırlar. Bu maraq yüksək emosional zəkaya əhəmiyyətli keçid olan empatiyanın məhsuludur. Digər insanlara və onların yaşadıqlarına nə qədər çox qayğı göstərsəniz, onlara sizdə bir o qədər çox maraq yaranacaq.

 Siz dəyişiklikləri qəbul edirsiniz.

Emosional zəkaya malik insanlar tez uyğunlaşan və adaptasiya olunandırlar. Onlar anlayırlar ki, dəyişmək qorxusu müvəffəqiyyət və xoşbəxtliklərini iflic edir və ciddi təhlükə yaradır.  Onlar gizli dəyişiklikləri axtarıb tapır, bu dəyişikliklər baş verdikdə isə fəaliyyət planı hazırlayırlar.

Öz güclü və zəif tərəflərinizi bilirsiniz.

Emosional zəkaya malik olan insanlar sadəcə emosiyaları anlamırlar: onlar nədə yaxşı, nədə pis olduqlarını da bilirlər. Onlar həmçinin “düymələrinə” kimin basdığına və onlara müvəffəqiyyət gətirən mühitə (şəraitə və insanlara) bələddirlər. Yüksək emosional zəkaya malik olmaq o deməkdir ki, siz öz güclü tərəflərinizə bələdsiniz, onları istədiyiniz kimi yönləndirə və zəif cəhətlərinizin sizi geriyə salmasının qarşısını alaraq güclü tərəflərinizdən tam şəkildə istifadə edə bilirsiniz.

Siz insanların xarakterlərinə yaxşı bələdsiniz.

Emosional zəkanın böyük hissəsi sosial maarifləndirməyə çevrilir: başqa insanları oxuya bilmə qabiliyyəti, onların kim olduqlarını və yaşadıqlarını anlamaq. Zaman keçdikcə bu xüsusiyyət sizi insanları tanımaqda mahirləşdirir. İnsanlar artiq sizin üçün tapmaca deyildir. Siz onların kim olduqlarını və hətta gizli olsa belə, motivasiyalarını bilrisiniz.

Siz tez incimirsiniz.

Əgər özünüzün kim olduğunuz barədə möhkəm təsəvvürünüz varsa, o zaman kiminsə nə dediyi və ya nə etdiyi sizi çətin incidər. Emosional zəkaya malik olan insanlar özündən əmin və açıq fikirlidirlər, bu da onlarda kifayət qədər möhkəm təbiət formalaşdırır. Siz hətta öz üzərinizdə gülə və başqalarına da Sizin barənizdə zarafat etməyə şərait yarada bilərsiniz, çünki siz zehninizdə yumor və deqradasiya (tənəzzül) arasındakı sərhədi görə bilirsiniz.

Siz YOX deməyi bacarırsınız (özünüzə və başqalarına).

Emosional zəka öz-özünü idarə etməyi bacarmaq deməkdir. Məmnuniyyət hissini ertələyir və impulsiv hərəkətlərdən qaçırsınız. San-Fransiskoda Kaliforniya Universitetində aparılmış tədqiqatlar göstərir ki,  nə qədər çətinliklə “yox” deyirsinizsə, bir o qədər də çox stres, üzgünlük və hətta depressiya hiss edəcəksiniz. “Yox” demək  bir çox insan üçün ciddi özünü idarə problemidir, lakin “yox” sizin deməkdən qorxmamalı olduğunuz güclü bir sözdür. “Yox” demək zamanı gəldikdə emosional əqlə malik insanlar “öhdəsindən gələcəyinə inanmıram” və ya “mən əmin deyiləm” kimi ifadələr işlətməkdən uzaq gəzirlər. Yeni öhdəliyə “yox” deməyiniz mövcud öhdəliyinizə hörmət edir və uğurla onları başa çatdırmağınıza imkan yaradır.

Siz səhvlər edirsiniz.

Emosional zəkaya malik insanlar özlərini səhvlərdən uzaqlaşdırırlar, lakin bunu səhvlərini unutmadan edirlər. Səhvlərini təhlükəsiz, lakin dərs alacaq qədər uyğun məsafədə saxlayaraq, onlar gələcək müvəffıqiyyətlərə adaptasiya olmaq və uyğunlaşmaq qabiliyyətinə malikdirlər.

Səhvləri yaşamaq və xatırlamaq arasındakı yolu keçmək üçün çox incə bir şüur tələb olunur. Səhvlərinizin tez-tez təkrarlanması sizi narahat və utancaq edir, onları tamamilə unutmaq isə yenidən səhvlərinizin təkrarlanmasına gətirib çıxarır. Tarazlığın açarı uğursuzluqları inkişafın “rüşeym”inə çevirmək qabiliyyətidir. Bu hər yıxıldığınızda yenidən geriyə qayıtma tendensiyasını yaradır.

Nəsə edirsiniz və əvəzində heç nə gözləmirsiniz.

 Kimsə sizə qəfildən, əvəzində heç nə gözləmədən nəsə edirsə, bu sizdə çox böyük təəssürat yaradır. Məsələn, kiminləsə hər hansı bir kitab haqqında maraqlı bir söhbətiniz ola bilər, həmin insanlarla bir ay sonra təkrar qarşılaşdığınızda kitab əlinizdə olur. Emosional zəkaya malik insanlar güclü münasibətlər qururlar, çünki onlar daim başqaları haqqında düşünürlər.

Siz kin və inciklik saxlamırsınız.

Kin saxladığınız zaman yaranan mənfi emosiyalar əslində stres üçün səbəbdir. Hadisə haqqında sadəcə düşünməyiniz sizin bədəninizi yaşama mexanizmi olan “döyüş və qaçış” rejiminə salır – ya durub döyüşməlisiniz, ya da, təhlükə hiss etdiyinizdə qaçmalısınız. Təhlükə qaçılmaz olduqda, bu reaksiya sizin yaşamağınız üçün vacibdir, lakin təhlükə yeni olmadıqda, bu stressi içinizdə saxlayaraq, siz bütün orqanizminizə dağıdıcı təsir göstərirsiniz və zaman keçdikcə bunlar sizin sağlamlığınıza da mənfi təsir edə bilər. Həqiqətən də, Emory Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, stres halında olmaq qan təzyiqinin artmasına və ürək xəstəliklərinin yaranmasına səbəb olur. Kin və ya inciklik saxlamaq həm də stresli olmaq deməkdir və emosional zəkaya malik insanlar nə bahasına olursa olsun, bundan qaçmağı bacarırlar. Kin və incikliyin ötüb keşməsinə imkan vermək nəinki özünüzü yaxşı hiss etməyinizə səbəb olur, eyni zamanda sağlamlığınızı da yaxşılaşdırır.

“Zəhərli” insanları neytrallaşdırısınız.

Çətin insanlarla münasibət bir çoxlarını məyus edir və  əldən salır. Lakin, yüksək emosional zəkaya malik insanlar “zəhərli” insanlarla münasibətlərini hisslərinə hakim olaraq nəzarətdə saxlayırlar. “Zəhərli” biri ilə üz-üzə gəlmək lazım olduqda, onlar vəziyyətə rasional yanaşırlar. Öz emosiyalarını müəyyənləşdirir, qəzəb və məyusluqlarının xaosa səbəb olmasının qarşısını alırlar.  Onlar həmçinin çətin insanların mövqeyini nəzərə alır, həll yollarını və kəsişmə nöqtələrini tapa bilirlər. Hətta məsələlər tamamilə öz məhvərindən çıxdıqda belə, emosional zəkaya malik insanlar “zəhərli” adama inamsızlıqla yanaşa bilirlər.

Siz mükəmməllik axtarmırsınız.

Emosional zəkaya malik insanlar mükəmməl olmağı qarşılarına məqsəd qoymurlar, çünki onlar bilirlər ki, bu mümkün deyil. İnsanlar təbiətən səhv edə bilərlər. Mükəmməl olmağı hədəf seçdiyinizdə, daim uğursuzluq hissi ilə üzbəüz qalırsınız, bu da sizin ya vaz keçməyinizə, ya da səylərinizin azalmasına səbəb olur. Son nəticədə həyata keçirə bilməyəcəyiniz bir şeyə vaxt sərf etmiş olursunuz. Nə əldə etdiyiniz və gələcəkdə nə əldə edə biləcəyiniz üçün həyəcanlanırsınız.

Əlinizdə olanların dəyərini bilirsiniz və təşəkkür edirsiniz.

Nəyin dəyərli və təşəkkürə layiq olduğunu müəyyənləşdirmək üçün düşünmək nəinki doğru bir şeydir, bu həmçinin stres hormonu olan kortizolu azaltmaqla (bir sıra hallarda hətta 20%-dək) sizin əhvali-ruhiyyənizi yaxşılaşdırır. Kaliforniya Universitetində aparılan tədqiqatlar göstərir ki, gündəlik minnətdarlıq hissinin artması üzərində çalıçan insanlar əhvallarını, enerji və fiziki hallarını yaxşılaşdırırlar. Tamamilə mümkündür ki, kortizolun daha aşağı səviyyəsi burada vacib rol oynayır.

Əlaqəni kəsirsiniz.

Müntəzəm olaraq bəzi şeylərdən uzaqlaşmaq yüksək emosional zəkanın nişanəsidir, çünki bu sizə stresi nəzarət altına almağa və  mövcud anı yaşamağa kömək edir. İşinizə görə 24/7 şəklində istifadə vəziyyətində olduğunuzda, stressorların daimi axınına məruz qalırsınız.  Özününüzü “off-line” rejiminə salmaq və hətta (!) telefonunuzu söndürmək canınıza və beyninizə rahatlıq verəcək. Tədqiqatlar göstərir ki, sadə bir şey, məsələn e-maillərə fasilə vermək stresin səviyyəsini azalda bilər. Texnologiya daimi əlaqə və sizin 24/7 şəklində əlçatan olmağınız görüntüsünü yaradır. İşdən kənar vaxtlarda stressiz anlardan zövq almaq hədsiz çətindir,  çünki istənilən anda telefonunuza sizin düşüncələrinizi (yüklənməyinizi) işə geri qaytarmaq gücünə malik email daxil ola bilər.

Kofeinin istifadəsinin məhdudlaşdırısınız.

Yüksək miqdarda kofeinin qəbulu “döyüş və ya qaçış” reaksiyasının əsas mənbəyi olan adrenalinin azalmasına gətirib çıxarır. “Döyüş və ya qaçış” mexanizmi sağqalma üçün dərhal cavab yerinə sağlam düşüncəyə üstünlük verilməsinə səbəb olur. Böyük bir ayı sizi qovalayarkən belə reaksiya əladır, lakin qısa bir e-maile cavab verərkən o qədər də yaxşı deyil. Kofein beyninizi ve vücudunuzu bu hiperstres vəziyyətinə saldığında, emosiyalarınız davranışınızın önünə keçir. Kofeinin uzunmüddətli sovrulma dövrü sizin bu şəkildə qalmağınıza səbəb olur. Yüksək emosional zəkaya malik olan insanlar kofeinin təhlükəli olduğunu bilirlər və kofeinin onları məğlub etməsinə imkan vermirlər.

Yetərincə yatırsınız.

Emosional zəkanızı artırmaq ve stres səviyyəsini idarə etmək üçün yuxunun vacibliyini təsvir etmək çox çətindir. Yuxuya getdiyinizdə beyniniz günün xatirələrini saf-çürük etməklə, bir qismini saxlamaq və digər qismini silməklə (bu da yuxugörməyə səbəb olur) tam mənası ilə yenilənir. Yüksək emosional zəkaya malik insanlar bilirlər ki, onların özünü idarə etməsi, diqqət və yaddaşları azalırsa, onlar kifayət qədər və ya lazım olduğu qədər yatmırlar. Ona görə də yuxu prioritet olmalıdır.

Özünüz-özünüzlə neqativ danışmırsız.

Nə qədər çox mənfi düşüncələrə dalsanız, bir o qədər də onlara qüvvə sərf etmiş olacaqsınız. Neqativ düşüncələrimizin çoxu sadəcə düşüncələrdir, faktlar deyil.  Bir şeyin həmişə baş verdiyini və ya heç zaman baş vermədiyini düşünməyimiz sadəcə beynimizin təbii olaraq təhlükələri qəbul etmə vərdişidir (bir hadisənin baş vermə tezliyini və təsirini artırır). Emosional zəkaya malik insanlar inkar dövriyyəsindən azad olmaq və yeni müsbət dünyagörüşə doğru getmək üçün öz düşüncələrini faktlardan ayırırlar.

Kimsəyə sevincinizə mane olmağa imkan vermirsiniz.

Sizin zövq və məmnuniyyət hissləriniz başqalarının fikirlərindən asılı olarsa, artıq öz xoşbəxtliyinizin ağası deyilsiniz. Emosional zəkaya malik insanlar etdikləri bir şey üçün özlərini yaxşı hiss etdiklərində, kiminsə fikirləri və ya iradlarına görə bu hissin yox olmasına icazə verməzlər. Başqalarının nə düşündüyünə reaksiya verməmək mümkün olmadıqda isə,  özünüzü heç vaxt başqalarıyla müqayisə etməyin, bu zaman insanların fikirlərini daha asan qəbul edə biləcəksiniz. Beləliklə, başqalarının nə etdiyi və nə düşündüyündən asılı olmayaraq, sizin özünüzü qiymətləndirməyiniz daxildən gələcək.

Müəllif: Travis Bradberry – EQ üzrə mütəxəssis | “Emotional Intelligence 2.0” kitabının müəllifi
Tərcümə: Sevinc Qarakişiyeva | coaching.az

 

Mövzu ilə əlaqədar bu məqalə diqqətinizi çəkə bilər:

Emosional zəka nədir?

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.