coaching.az |

Kouçinq – xoşbəxtliyinizə investisiyadır!

Bu dünyaya gəlişimizdəki ən böyük məqsədlərdən biri xoşbəxt olmaq və yaşadığımız həyatdan maksimum şəkildə həzz və zövq almaqdır. Həmnövlərimizlə xoşbəxtlik mənbələrimiz fərqli ola bilər; kimi xoşbəxtliyi zənginlikdə görür, kimi yaradıcılıqda, kimi mənsub olduğu din, məzhəb və ya ideologiyanı ən gözəl şəkildə yaşamaqda, kimi də sevdiyi insanlarla əhatə olunmaqda. Mənbəsi nə olursa olsun, xoşbəxt olmaq duyğusu hər zaman bəşər övladının həyatdakı ən böyük qayəsi olmuşdur.

Bəzən üzərimizə hücum çəkən müxtəlif taleyüklü suallar bizi bu xoşbəxtlik duyğusundan uzaqlaşdıraraq, dibigörünməz uçurumların kənarına gətirir. Bu suallar cavabsız qaldıqca və onların üzərimizdəki təzyiqi böyüdükcə yaşadığımız həyat bizə mənasız və çətin gəlir.

  • Gələcəyə dair böyük böyük arzularım və planlarım var, ancaq haradan başlayacağımı bilmirəm;
  • Risk almağa qorxuram;
  • Tez həvəsdən düşür və təslim oluram;
  • Həyatımdan zövq almağı bacarmıram;
  • Mənfi duyğu və düşüncələrimin təsirindən çıxa bilmirəm;
  • Özümü motivasiya edə bilmirəm;
  • Daha böyük potensiala sahib olduğuma inandığım halda bu potensialı ortaya çıxarıb, hərəkətə keçirə bilmirəm;
  • Üzərimdə tənbəllik və ətalət var, bunları atıb, yeni və daha enerjili həyata başlamaq istəyirəm;
  • Yox deməyi bacarmaq istəyirəm, ancaq alınmır;
  • Keçmişim mənə mane olur, bu günümü yaşaya bilmirəm;
  • Həyatıma tarazlıq gətirmək istəyirəm, iş və həyatım tez-tez bir-birinə qarışır;
  • Həyatda daha çox cəsur olmağa ehtiyacım var və sairə…

Bu və bənzəri suallar hər birimizin beynində yuva salan və davamlı şəlkildə bizə narahatlıq verən problemlərin carçılarıdırlar. Onlara düzgün şəkildə cavablar tapıb, həllinə çalışmazsaq, xoşbəxtlik duyğusundan getdikcə uzaqlaşarıq.

Həyatın önümüzə qoyduğu sualları düzgün şəkildə cavablandırıb, xoşbəxtlik deyilən o çox arzuolunan duyğuları yaşamaq istəyən insanların müraciət edəcəyi peşəkar ünvanlardan biri kouçlardır. Həyatlarında müsbət dəyişikliklər yaratmaq istəyən və olduqları vəziyyətdən narazı olan insanlar şəxsi inkişaf müəllimi sayılan kouçla müqavilə bağlayıb, könüllü, şüurlu və planlı şəkildə inkişaf prosesinə daxil olurlar. Kouçlar sizi sizə olduğunuz kimi tanıdan təmiz aynalardır – siz onların vasitəsi ilə ehtiyaclarınızı və potensialınızı düzgün şəkildə qiymətləndirib, özünüzə çatılabilən və güclü hədəflər qoya bilərsiniz.

Kouçinq müasir dövrün şəxsi inkişaf üçün ən etibarlı və effektiv vasitələrindən biri sayılır. Kouçinqin əsas məqsədi – bu xidməti alan şəxsin (coachee – koçi)  potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin və sədlərin yıxılaraq, performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar.

Həyata bir dəfə gəlirik və onu xoşbəxt şəkildə yaşamağı bacarmalıyıq. Ömrümüzün uzunluğu öz əlimizdə olmasa da, keyfiyyətinə təsir göstərmə gücünə qadirik. Kouçlarla çalışma bu keyfiyyətin təmini üçün effektiv üsuldur. Kouçinq özümüzə edə biləcəyimiz ən böyük yaxşılıqlardan və ən faydalı investisiyalardandır. Bu investisiya mütləq sizə geri dönəcək – daha güclü, daha motivasiyalı və daha xoşbəxt SİZ şəklində.

Unutmayın, zaman dəyişiklik zamanıdır!..

Fidan ƏZİMLİ | ALPHA Coaching & Consulting şirkətinin İcraçı direktoru
ICF təsdiqli peşəkar kouç

 

Kouçinqlə əlaqədar suallarınız var? Kouçla çalışmaq istəyirsiniz?

ALPHA Coaching & Consulting şirkəti Azərbaycanda fərdi və korporativ kouçinq xidmətləri təqdim edən şirkətdir. Beynəlxalq Kouç Federasiyası (ICF) tərəfindən sertifikatlaşdırılmış kouçlarımız şəxsi və iş həyatınızı daha məhsuldar və zəngin edə bilməyiniz üçün sizə öz peşəkar xidmətlərini təklif edirlər. Bizimlə birlikdə çalışaraq həyatınızı daha dolğun, daha məhsuldar və mənalı edə bilərsiniz. Kouçinq xidmətlərimiz haqqında ətraflı məlumatı buradan ala bilər və ya (012)409 43 39, (055)909 22 22 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

VACİB QEYD:  Dünyada kouçinq peşəsinin əsas təsdiqləyici və tənzimləyici qurumu kimi International Coach Federation təşkilatı çıxış edir. Kouç peşəsinə yiyələnmək istəyən şəxslər ICF-in tanıdığı və təsdiq etdiyi təhsil qurumlarından müvafiq sertifikat almalı və periodik olaraq təhsillərini təkmilləşdirməlidirlər. Rəsmi ICF kouçları bu qurum tərəfindən müəyyən edilmiş “Etik qaydalar” Kodeksi əsasında fəaliyyət göstərirlər və Kodeksi pozan şəxslərin kouç ünvanlarının geri alınması da ICF-in səlahiyyətləri çərçivəsindədir. Buna görə də kouçinq xidməti almaq fikrinə gəlsəniz, bu xidmətləri sizə təklif edən şəxslərin və ya qurumların ICF təsdiqli sertifikatlarını mütləq tələb edin.

 © 2018 · coaching.az

Mövzu ilə əlaqəli bu məqalə diqqətinizi çəkə bilər:

Kouçla çalışmaq üçün 33 səbəb

 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.