coaching.az |

Duyğularımız yol işarələri kimidir

“Mən iş-həyat balansımı qurmaq istəyirəm. Daim özümü stress altında hiss edirəm”. Bu, mənə müraciət edən müştərilərimdən çox tez-tez eşitdiyim cümlələrdir. Sessiya ilə bağlı razılıq və gözlənilən faydaları nəzərdən keçirərkən, əvvəlki təcrübələrdə “stressli olmaqla” və ya digər emosiyalarla əlaqəli məqamları sessiyaya başlamazdan əvvəl nəzərə almaq vacibdir.

Bir müddət bütün duyğuların təhlükəsizlikdən təhdid rejiminə keçməsi üzərində araşdırmalar aparmışam. Biz özümüzü təhlükəsiz hiss edərkən, müsbət emosiyalara qərq oluruq. Lakin, hər hansı təhdid hiss etdikdə mənfi duyğularımız ortaya çıxır. Təhdid bizim şəxsiyyətimizə, ideyalarımıza, seçimlərimizə, heysiyyətimizə, dəyərlərimizə və hətta ən dərinə gedərək inanclarımıza qarşı ola bilər. Təhdidlər adətən müdafiə xarakterli reaksiyalarda özünü göstərir və bu reaksiyalar birbaşa özümüzə, yaxud ətrafımızdakılara yönələ bilər. Yaşadığın bütün duyğulara həssaslıqla yanaşmaq, fərqində olma, aha! anını yaşamaq və nəhayət yeni, məqsədə yönəlik seçimlər etməyin əsasıdır.

Gəlin, qarşılaşdığım real bir ssenari üzərindən davam edək.

Bizə müraciət edən müştərilərimiz daim stressli olur və biz onlara narahatlıq verən bu vəziyyəti məsələnin kökündə yatan səbəbləri müəyyən etmək üçün bir vasitə olaraq istifadə edə bilərik. Müştərini bu hisslərdən uzaqlaşdıran suallar versək, daha dərinə getmək və vəziyyəti müdrikcə ortaya çıxarmaq fürsətimizi itirə bilərik. Bu yanaşma kouçinqdə daxildən-xaricə ilə müqayisədə xaricdən-daxilə suallar texnikasını dəstəkləyir. Xaricdən gələn suallar maksimal potensiala doğru irəliləmə əvəzinə, adətən “status-quo”nu qoruyub saxlamağa xidmət edir.

Söhbəti xaricdən daxilə dəyişən suallar:

  • İş-həyat balansının necə olmasını arzulayardın?
  • Dəyişiklik üçün hansı vəziyyətin mövcudluğuna ehtiyac duyursan?
  • Nəyi daha fərqli edə bilərsən?

Bunlar faydasız suallar deyil, hətta düzgün zamanda verilməsindən asılı olaraq güclü suallara da çevrilə bilərlər. Söhbət zamanı suallar erkən verilərsə, diqqəti emosional hekayənin aşkara çıxarılmasından yayındıracaq. Bütün müştərilər və söhbətlər təkrarolunmazdır və sonda biz məsələnin kökündə yatan şeyləri üzə çıxaracağıq. Bəs hansı yolla müştərinin marağını cəlb edib, onu dərhal açıq danışmağa sövq edə bilərik?

Emosional intellekt bizə digərlərinin hisslərini anlama fürsəti yaradır. Əgər duyğuların üzərindən keçərsən, fərqində olmadan “duyğularımız çox dağınıqdır”, yaxud əhəmiyyətli deyil, yaxud onları nümayiş etdirdikdə narahat olduğumuzu söyləyə bilərik. Hətta, stress kimi bir hissi belə kouça ötürüb, həllər almaq, onu müxtəlif tapşırıqlar siyahısı ilə “bərpa etmək” mümkündür. Bu əla təklifdir, lakin siz problemi üzə çıxarmaqda həvəsli olmasanız, əmin olun ki, müştərinizin daha yüksək ampuladan özünü dərk etməyə heç bir şansı olmayacaq.

Beləliklə, əgər biz münasibətlərimizi emosiyalara dəyişsək və onları yol işarələri kimi görsək, nə baş verər? Maşın sürərkən yol boyu xəbərdarlıq işarələri görürüsünüz: “qırmızıda sağa dönmək olmaz”, “məktəb keçidi”, “sürət həddi 45”. Bu işarələr bizə faydalı şeylərdən xəbər veririr, eynilə duyğularımızın bizə verdiyi xəbərdarlıq məlumatları kimi. Onlar dərin özünüdərkə aparan bir vasitəçidir.

Duyğularımız heç vaxt yox olmur. Biz onları susdura, yaxud bir müddətlik sakitləşdirə bilərik, lakin onlar daha sonra oxşar vəziyyətlərdə yenidən ortaya çıxacaq. Yalnız üzdə görünən duyğuların kökünü kəşf edərək, müştərilər yaranmış vəziyyətlə təcrübəli şəkildə davranmaq üçün alternativ, yaxud daha məmnunedici bir yol kəşf edə bilərlər.

Unutmayın, əgər müştəriniz xüsusi duyğuların praktik bir həllini tapdısa, onu kouçinq sessiyası zamanı mövzu olaraq ortaya qoymaz. Sorğu üçün boşluq buraxın. Müştərilər mənfi emosiyalar doğuran vəziyyətlərdə ilişib qalırlar. Bir anda özünüzü kimin kimə nə etdiyi barədə danışılan ümumi, təkraralanan hekayələri dinləyərkən görə bilərsiniz. Ona görə, bunun altında gizlənən xəzinəni kəşf etmək üçün bir az zaman ayırın. Müştərinizin emosional vəziyyətini ayırd etmək üçün suallar verin. Burada etibar və səmimiyyət düşüncəsi var: hovuzun dərinliklərinə dalmaq təhlükəsizlik tələb edir.

Gəlin, “Həmişə özümü stressli hiss edirəm” deyən müştərinin ssenarisini yenidən nəzərdən keçirək. Müştərinizə vəziyyəti deyil, daxili duyğularını dərk etməsi üçün verdiyiniz suallar növbəti dəfə eyni, yaxud oxşar vəziyyətlə qarşılaşdıqda, onu idarə etmək üçün vasitəçi olacaq.

Daxildən xaricə doğru kəşfə yönləndirən suallar:

  • Əgər duyğularınızın səsi olsaydı, sizə nə demək istəyərdi?
  • İş-həyat balansının sizə nə hiss etdirməsini istəyərdiniz?
  • Stressə münasibətiniz barədə daha nə deyə bilərsiniz?
  • Nümunədə iki təhdid hiss etdim: iş-həyat balansının xaricdən sezilən hekayəsi və bunun arxasındakı daxili-emosional hekayə. Bu stress sizə nə deməyə çalışır?

Özünü daha dərindən kəşf etməyə təşviq edən suallar:

  • Hazırda daxilinizə yerləşən duyğu hansıdır? Nəfəs alın, hansı yeni fərqində olma qabarcıqlarını hiss edirsiniz?
  • Bu daxili müdrikliyinizdən necə istifadə edə bilərsiniz?
  • Bu duyğu sizin üçün nə ifadə edir?
  • Mövcud vəziyyətdə bu duyğunun sizin üçün dəyəri nədir?

Bu suallar müştərilərinizin təcrübələrini aydın duyğu obyektivi vasitəsilə sorğulamaqdadır. “Bu hisslər sizə necə xidmət edir?” kimi suallar verməklə, qeyri-ixtiyari olaraq motivasiya köklərinə çata biləcəksiniz. İdarə edilə bilən, yaxud sərhədləri aşan duyğularınızı aşkara çıxara, yaxud  hörmətsizlik, güzəştə gedilən dəyərlər, ya da pozulmuş səmimiyyət balansı nümayiş etdirəcəksiniz. Kölgədə qalan əvvəlki təcrübələriniz güclü emosiyalar vasitəsilə üzə çıxmağa meyllidir.

Emosiyalar üzərində maraq yaradaraq, müştərinizə mükəmməl bir hədiyyə vermiş olarsınız. Duyğular əhəmiyyətlidir – qorxulu deyil. Müştəriləriniz vəziyyəti nəzərdən keçirmək və daxili intuisiyasını işə salaraq fərqinə varmasını artıra bilər. Və bu, sona qədər istifadə edə biləcəyiniz faydalı alətdir.

Müəllif: Lyssa Danehy deHart | MSW, PCC, CMC

 

 

 

 

Mənbə: International Coach Federation blog
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2018 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.