coaching.az |

İki kürək

Qayıqçı öz qayığı ilə bir səyyahı gölün o biri sahilinə keçirirdi. Səyyah qayıqdakı kürəklərdən birinin üzərində “Düşün”, digərində isə “Hərəkətə keç” sözlərinin yazıldığını görüb maraqla soruşur:

– Ey qayıqçı, sənin nə qəribə kürəklərin var. Bu sözlər nə mənaya gəlir?

– Bax, indi görəcəksən, – deyə qayıqçı gülümsəyir və kürəklərin birini yerə qoyub, sadəcə üzərində “Düşün” yazılan kürəyi istifadə edir. Qayıq yerində fırlanmağa başlayır.

– Bir zamanlar mən nələrsə haqqında düşünürdüm, çoxlu plan və xəyallar qururdum. Ancaq, planlarımı həyata keçirmək üçün real addımlar atmırdım. Sadəcə xəyal qurmaq isə mənə fayda gətirmirdi və bu qayıq kimi yerimdə fırlanırdım.

Qayıqçı əlindəki kürəyi yerə qoyub üzərində “Hərəkətə keç” yazılan kürəyi çəkməyə başlayır. Qayıq bu dəfə əks istiqamətdə yerində fırlanmağa başlayır.

– Bəzi zamanlarda isə mən düşünmədən, ağlıma gələn kimi hərəkət edirdim – nə bir planım olurdu, nə də ki, atdığım addımları ölçüb-biçirdim. Belə olanda isə həm boş yerə vaxtım gedirdi, həm də gücdən düşürdüm. Nəticədə, indi olduğu kimi yerimdə fırlanmaqdan başqa iş görmürdüm. Bir gün anladım ki, düşünmədən hərəkət etməyin, hərəkət etmədən də düşüməyin mənə heç bir faydası olmayacaq. Onların hər ikisi qayığın kürəkləri kimi bir-birini tarazlamalı, bir-birlərinə güc verməlidir. Bu həqiqəti hər zaman xatırlamaq üçün kürəklərə gördüyün bu sözləri yazdım.

Daha sonra o digər sahildə yüksələn evini göstərib fərəhlə dedi:

– Bax, bu evi mən kürəklərimi adlandırandan sonra tikməyə nail olmuşam.

© 2020 · coaching.az ·

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.