coaching.az |

Hər gün üçün manifest

  1. Məhz bu gün mən xoşbəxt olacağam. Yəni, Abraham Lincolnun dediyi kim özümə deyəcəyəm: “Əksəriyyətimiz olmaq istədiyimiz qədər xoşbəxtik”. Xoşbəxtlik daxildə baş verir, kənar təsirlərin ona hər hansı aidiyyatı yoxdur.
  2. Məhz bu gün mən həqiqətən mövcud olan şeylərlə hesablaşacağam və ətrafımdakıları mənim arzularımla hesablaşmağa məcbur etməyəcəyəm. Mən ailəmi, işimi və taleyimi olduğu kimi qəbul edəcəyəm və onlara uyğunlaşmağa çalışacağam.
  3. Məhz bu gün mən oz orqanizmimin (sağlamlığımın) qeydinə qalacağam. Mən onu fiziki məşqlərlə, qayğıkeş yanaşma və düzgün qidalanma ilə möhkəmləndirəcəyəm. Mən orqanizmimə zərərli vərdişlərlə əziyyət verməyə son qoyacağam. Mən onu ehtiyaclarımı yerinə yetirən ideal maşın etmək istəyirəm.
  4. Məhz bu gün mən intellektimi gücləndirməyə çalışacağam. Çalışacağam ki, dəyərli nəsə öyrənim. Mən beynimi çalışmağa məcbur edəcəyəm, əqli gərginlik və fikirlərin konsentrasiyasını tələb edən mövzular oxuyacağam.
  5. Məhz bu gün mən ruhumun inkişafı ilə məşğul olacağam. Bunun üçün məndən üç addım tələb olunur: Mən kiməsə heç kimin bilməyəcəyi yaxşılıq edəcəyəm və William Jamesin dediyi kimi, sırf iradəmi ram etmək məqsədi ilə qətiyyən etmək istəmədiyim iki iş görəcəyəm.
  6. Məhz bu gün mən insani münasibətlər nöqteyi-nəzərindən xoş insan olmağa çalışacağam. Öz xarici görünüşümün qeydinə qalacağam, daha yaxşı geyinməyə çalışacağam, daha mülayim danışacağam, məni əhatə edən şəxslərlə daha nəzakətli davranacağam, tərif və təqdirlər barəsində daha səxavətli olacağam, tənqiddən və yersiz iradlardan və əlbəttə ki, düz yola çağırış nəsihətlərindən uzaq durmağa çalışacağam.
  7. Məhz bu gün mən birdən-birə bütün problemlərin axınından uzaq duraraq sadəcə bu gün üçün yaşayacağam. Bu on iki saat boyunca mən bu gün üçün vacib sayılan konkret işlər görə bilərəm, hansı ki, onları sonraya təxirə salmaq geridə qalan ömrümdə mənə əzab verə bilər.
  8. Məhz bu gün mən gündəlik işlərimin qrafikini tərtib edəcəyəm. Hər saat üçün nə etməli olduğumu qeyd edəcəyəm. Bəlkə bu qrafikə tam riayyət etməyə nail olmayacağam, ancaq onlar məni tələskənlik və qətiyyətsizlik kimi həyatın iki bəd bəlasından xilas edəcək.
  9. Məhz bu gün mən istirahət üçün yarım saat ayıracağam. Yaxşı olar ki, bu sakit vaxtımda mən bəzən Tanrı haqqında da düşünə bilim– bu mənə həyatımda perspektivlərin olduğu hissini bəxş edəcək.
  10. Məhz bu gün mən qorxularıma son qoyacağam. Ən az xoşbəxt olmaqdan, bu dünyada olan gözəl şeylərdən zövq almaqdan qorxacağam. Sevməkdən və sevildiyimə inandığım düşüncədən qorxmayacağam. Mən xoşbəxt insan kimi düşünməyə və hərəkət etməyə başlayacağam və beləliklə, özümü xoşbəxt hiss edəcəyəm.

Dale Carnegie – (24 noyabr 1888 — 1 noyabr 1955) — ABŞ pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı. Ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib. Onun kitabları indi də bütün dünyada çox populyardır.

© 2019 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.