coaching.az |

Buddizm – şəxsi inkişaf sistemi kimi 

Dünyanın ən çox ardıcılı olan dinlərindən sayılan Buddizm eyni zamanda yüz milyonlarla insanın riayyət etdiyi düşüncə sistemi və həyat tərzidir. O, özündə insanı şəxsi inkişafa və kamilliyə təşviq edən çox dərin və faydalı nəsihətlər ehtiva edir.

Budda qədim Sanskrit dilində “oyanmış, idrak etmiş, şüurlanmış” mənasına gəlir. Buddizmin qurucusu Siddhartha Gautama “Budda” sözünü həm özü, həm də ona inanan və bir yol bələdçisi olmadan özü oyanan hər bir insan üçün istifadə etmişdir.

Buddizmin əsaslarından sayılan Dörd Ali Həqiqət və Səkkiz Mərhələli Əsl Yol bütün buddist məktəblərində etibar edilən təlimlərdəndir. Buddist mənbələrinə görə bu dörd həqiqət Gautama Buddhanın özü tərəfindən moizə edilmişdir.

I həqiqət – Dukkha: İztirab vardır və o, yaradılışın bir parçasıdır.
II həqiqət – Samudaya: İztirabın mənbəyi arzu və istəklərdir.
III həqiqət – Nirodha: İstək və arzulardan uzaq durulsa, iztirabın sonuna gəlmək – Nirvanaya çatmaq mümkündür.
IV həqiqət – Magga: Iztirabdan xilas olmağın yolu Səkkiz Mərhələli Əsil Yoldan keçir.

Səkkiz Mərhələli Əsil Yol 

Müdriklik

1. Düzgün anlama
2. Düzgün niyyət

Mənəviyyat

3. Düzgün nitq
4. Düzgün davranış
5. Düzgün həyat tərzi

Ruhi nizam-intizam

3. Düzgün səylər
4. Düzgün diqqət
5. Düzgün konsentrasiya

Bu yolların hər birinin mənalı və məntiqli açıqlaması mövcuddur. Misal üçün, Düzgün nitq aşağıdakılardan ibarətdir:

  • yalandan uzaq durmaq: həqiqəti söyləmək, həqiqətə riayyət etmək, etibarlı olmaq və aldatmamaq;
  • fitnə yayan söhbətlərdən uzaq durmaq: insanları bir-birinə düşmən edəcək sözləri danışmamaq;
  • kobud sözlərdən uzaq durmaq: nəzakətli və qəlblərə xoş yayılan sözləri danışmaq;
  • boş sözlərdən uzaq durmaq: layəqətli məntiqli və izahedici söhbətlər etmək.

Düzgün davranışa görə isə, Beş müqəddəs əmrdə xoş görülməyən davranışlardan – qətldən, oğurluqdan, əxlaqsızlıqdan, yalan və əyyaşlıqdan uzaq durmaq lazımdır. Bu əmrlərə riayyət etmək cəmiyyətdəki müxtəlif səviyyələrdə ahəngə gətirib çıxarır.

Buddist nəsihətlər

Az olandan başlamaq – bu normaldır. Dolça tədricən dolur – damcı-damcı. Bütün ustalar vaxti ilə həvəskar olmuşdur. Əgər siz davamlılığı sevən və səbrlisinizsə, uğura çatacaqsınız. Heç kimsə hər şeyə bir gecədə çatma qüdrətinə sahib deyil. Uğur dolça dolmayana qədər ən balacadan başlayıb, əzmlə çalışan insana gəlir.

Düşüncələr maddidir. Şüurumuz – hər şeydir. Əgər insan pis sözlər danışır və ya pis hərəkətlər edərsə, ona iztirab gələcək. Əgər insan yaxşı niyyətlə danışır və hərəkət edirsə, xoşbəxtlik ona gələcək. Düzgün yaşamaq üçün beyni düzgün düşüncələrlə doldurmaq lazımdır. Düzgün düşüncələr arzu etdiyiniz hər şeyi sizə verəcək. Səhv düşüncələr isə sizə qəddarlığı verəcək, hansı ki, əvvəl-axır hər şeyi dağıdacaq.

Bağışlamaq. Qəzəbi özündə saxlamaq, başqasına atmaq üçün qaynar közü əlində saxlamağa bənzəyir. Ancaq, burada yanacaq olan məhz sizsiniz. Siz əfv olunmama həbsxanasında saxladığınız insanları azad etdiyiniz zaman, əslində özünüzü həbsdən buraxırsınız. Bağışlamağı öyrənin. Tez şəkildə bağışlamağı öyrənin.

Hərəkətlərinizin mənası var. İnkişaf etmək üçün siz hərəkətə keçməlisiniz. Sürətlə inkişaf etmək üçün hər gün hərəkət etmək lazımdır. Atalar sözü deyir: “Tanrı hər quşa soxulcan verir, ancaq bu soxulcanları quşların yuvasına atmır”.

Anlamağa çalışın. Biz həqiqət uğrunda mübarizə aparmaqdan əl çəkib, ancaq özümüz üçün mübarizə aparmağa başlamışıq. Əvvəlcə anlamağa çalışın, sonra isə anlaşılmağa. Başqa insanın nəzər nöqtəsini öyrənmək üçün bütün səylərinizi səfərbər etməlisiniz. Başqalarını dinləyin, onların baxış bucağını anlayın və siz hüzur tapacaqsınız. Daha çox xoşbəxt olmağa çalışın – haqlı olmağa deyil.

Özünüzə qalib gəlin. Özünə qalib gəlmək, min döyüşü udmaqdan yaxşıdır. Belə qələbəni sizin əlinizdən heç nə ala bilməz. Özünə qalib gəlmək üçün düşüncələri nəzarət altında saxlamağı bacarmaq lazımdır. Onlar dəniz dalğaları kimi coşmalı deyillər.

Ahəng içərisində yaşayın. Ahəng daxildən gəlir. Qəlbinizdə olanı kənarda axtarmayın. Ahəng yeni iş və ya yeni nigah deyil. Ahəng – insanın ruhundakı sülhdür və o sizin özünüzdən başlayır.

Minnətdar olun. Hər zaman minnətdar olmaq üçün səbəblər tapmaq mümkündür. İnciklik və mübahisə anında minnətdar ola biləcəyiniz ən azından 10 şeyi xatırlamayacaq qədər bədbin olmayın. Unutmayın ki, bu səhər yuxudan oyana bilməyənlər də oldu – hansı ki, dünən gecə axırıncı dəfə yuxuya daldılar. Hər zaman minnətdar olacağımız nələrsə mövcuddur.

Həyatdakı ən faydalı həyat vərdişlərindən biri – pis olan şeyləri tez unutmaq bacarığıdır. Hər cür zir-zibili ruhunuza gətirməyin.

Budda

Buddadan xoşbəxt həyat üçün 10 xatırlatma

İnsanın həyatındakı ən böyük düşməni – özüdür.
İnsanın həyatındakı ən böyük axmaqlığı – yalandır.
İnsanın həyatındakı ən böyük kədəri – paxıllıqdır.
İnsanın həyatındakı ən böyük səhvi – özünü itirməkdir.
İnsanın həyatındakı ən böyük günahı – naşükürlükdür.
İnsanın həyatındakı ən böyük itkisi – ümidi itirməkdir.
İnsanın həyatındakı ən böyük uğuru – sağlamlıq və şüurdur.
İnsanın həyatındakı ən böyük hədiyyəsi – comərdlikdir.
İnsanın həyatındakı ən böyük çatışmazlığı – anlayışlı olmamağıdır.
İnsanın həyatındakı ən böyük təsəllisi – xeyirxah işləridir.
İnsanın həyatındakı ən böyük təəssüfü – öz ləyaqətini alçaltmasıdır.
İnsaın həyatındakı ən böyük heyranlığı – yıxılandan sonra ayağa qalxmasıdır.

© 2017 · coaching.az ·

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.