coaching.az |

21-ci əsrin ən vacib bacarığı

Hər birimiz gündəlik həyatımızda mənfi və ya müsbət duyğular yaşayırıq. Eyni hissləri təkrar-təkrar yaşadığımız anlar olur. Bəzən tez-tez yaşanan bu hisslər bizə narahatlıq gətirə bilir.

Gün ərzində ətrafımızda baş verənlərdən asılı olaraq əhvalımız ən yaxşı halı ilə ən pis halı arasında gedib gəlir.

Emosiyalarınızı hər zaman tam idarə edə bilməyəcəksiniz, ancaq anlamalısınız ki, hiss etidklərinizin təsiri düşündüklərinizdən daha güclüdür.

Hissləri idarəolunması hər kəs üçün fərqli şəkildə baş verir. Bəzi insanlar duyğularını digərlərindən yaxşı idarə edə bilirlər. Bir çoxu üçün isə duyğularını idarə etmək çox çətindir. Hətta bəziləri keçmişdə yaşadıqları hansısa bir iztirab və ya ağır travmanın nəticəsi olaraq emosiyalarını ümumiyyətlə necə idarə etmək lazım olduğunu bilmirlər.

Emosiyaların tənzimlənməsi psixologiyanın ən sürətlə inkişaf edən sahələrindən biridir. “Araşdırmalar göstərir ki, duyğuların tənzimlənməsi emosional intellektin bir hissəsi olaraq zehni sağlamlığın, sosial əlaqələrin, təhsil nailiyyətlərinin və iş fəaliyyətinin mühim göstəricisidir”, deyə emosiya idarəetmə bacarıqlarının təkmilləşdirilməsi mövzusunda araşdırma aparan müəlliflərdən biri bildirmişdir.

Bir çox tədqiqatçı duyğuların tənzimlənməsini hisslərinizi lazım olduqda artırmaq və ya azaltmaq qabiliyyəti kimi müəyyən edirlər. Bu, nə hiss etdiyinizi bilmək və istənilən şəraitdə nə edəcəyinizi bilmək qabiliyyətidir. Bir sözlə, bu emosiyalarınız üzərində hakimiyyət qura bilmək deməkdir.

“Emosiyaların idarə edilməsi, nəbz döyüntlərimizə nəzarətin tətbiqidir”, deyən Northeastern Universitetinin professoru Kris Lee, davranış elmləri mütəxəssisi və “Mentalitet” əsərinin müəllifidir. Onun bu əsərinin qayəsi – Yeni Düşüncə Psixologiyası: Bugünki dünyada daha çevik, daha diqqətli olmaq, zamanın tələbini tutmaq üçün nə etmək lazım olduğunu öyrənməkdir.

“Hadisə baş verən an beynimizin həmin hadisəyə avtomatik reaksiyası reaktiv olmaq deməkdir. Beynimizin kiçik hissəsi olan, döyüşərkən və ya təyyarədən enərkən hisslərimizi tənzimləyən amiqdala fəaliyyətə başlayanda biz hələ tam formalaşmayan, yetişməmiş və bizi lazım olduğundan çox reaksiya göstərməyə sövq edən emosiyalarımızın reaksiyasından qaçmalıyıq” deyə Kris izah edir.

“Özümüzə zaman tanıdıqda beynimizin nəticə çıxartma, daha yaxşı problem həll etmə kimi perspektivləri olan frontal loblarına giriş imkanımız olur. Biz heç bir halda primitiv, ibtidai emosiyaların güdazına getməməliyik”, deyə o izah edir.

Stress vəziyyətində olarkən siz özünüzdə səs tonunuzu qaldıran və ya tələsik bir şey söylədiyiniz halları müşahidə edirsinizsə, bu o deməkdir ki, həmin an emosiyaların idarə olunmasında çətinliklərlə üzbəüz qalırsız.

Duyğularını idarə etmək üçün mübarizə aparan insanlar mənfi hadisələrlə rastlaşan zaman situasiyanı lazım olduğundan daha çox şişirdirlər; adətən onlar tez-tez qışqırır, ətrafındakıları günahlandırır, ittiham edirlər və ya evdə, işdə münasibətləri poza biləcək passiv-aqressiv davranışlar nümayiş etdirirlər.

Emosiyalarınızla necə davranacağınızı bilmirsinizsə, həyatınız çox çətinləşə bilər. Hiss etdiklərinizdən asılı olmayaraq, hər zaman necə reaksiya vermək kimi bir seçiminiz olduğunu bilmək emosiyarı ustalıqla idarə edə bilmək deməkdir.

Bir çox insanlar zehn, soyuqqanlılıq, diqqəti idarəetmə, rəqəmsal minimalizm və fəaliyyəti gücləndirən terapiya ilə məşğul omaqdan həzz alırlar, çünki onlar birbaşa duyğularımız, diqqətimiz və zehni möhkəmliyimiz – düşüncələrimizin keyfiyyətinə təsir edən bir çox şeydən və onlara necə cavab reaksiyası verməyimizdən – bəhs edir.

Duyğuları düzgün idarə edə bilmək üçün onları düzgün adlandırın

Hansı hissləri keçirirsiniz? Özünüzü necə hiss edirsiniz?

Hansı emosiyaları yaşamaq sizin üçün ən dözülməzdir? Bəs, ən rahat yaşadığınız hisslər hansılardır?

Bizim emosional vəziyyətimiz həyatımızın keyfiyyətinə dərin təsir göstərir. Təəssüf ki, bir çoxumuz nə hiss etdiyimizdən və ya hiss etdiklərimizin hansı təsirləri ola biləcəyindən xəbərdar deyilik.

Ən pis vəziyyətdə olanda hiss etdiklərinizi düşünün. Və emosiyalarınızı nəzarət altında saxlaya bildiyiniz anları düşünün.

İlk olaraq ağlınıza hansı vəziyyətlər gəlir?

Ən yaxşı anlarınızda pozitiv, xoşbəxt, özgüvənli, sakit, diqqətli, həvəsli, açıq və optimistik olmağa fokuslanırıq. Bu bizim ən məhsuldar və başqaları ilə ən yaxşı münasibətdə olduğumuz zamandır.

Ən pis halımızda isə, ümumiyyətlə tam əksinə olan hissləri yaşayırıq: stresli, narahat, inamsız, hövsələsiz, qıcıqlı. Biz emosiyalarımızı idarə edə bilməyəndə diqqətimizi toplaya bilmirik və imkanlar əllərimizin arasından çıxıb gedir.

İstənilən şəraitdə emosiyalları tənzimləmək və nəzarət saxlaya bilmək üçün, situasiyaya uyğun olaraq hisslərin fərqinə varmaq, onları izləmək, tanımaq və vəziyyətə uyğunlaşdırmaq lazımdır. Emosional sağlamlığa ilk addım atarkən öz səmimi duyğularınıza diqqət edin və müdafiəsiz olmağa hazır olun.

Emosiyalarınızı düzgün şəkildə adlandırmaq mənfi hisslər keçirdiyiniz ən pis hallarınızı azaldacaq. Bu sizi nəzarətdə saxlayacaq. Həkim və psixiatr Dan Siegel bu praktikanı “idarə etmək üçün adlandırın” kimi qeyd etmişdir.

Duyğularınızın fərqinə varmaq və adlandırmaq sizə bir addım geri atmaq və onlarla nə edəcəyinizə seçim etmək şansını verir. Siz fərqinə varmaqla daxilinizdə baş verənləri daha zərif şəkildə idarə edə biləcəksiniz.

İnsan fəaliyyətinin kouçinqi sahəsində düşüncə liderlərindən olan David Rock iddia edir ki, daxili gərginlik və naratlıq yaşadığınız zaman həmin vəziyyətinizin fərqinə vararaq və həmin halınızı adlandıraraq stressi 50% azalda bilərsiz.

David özünün “Beyniniz iş zamanı” kitabında yazır, “Təcrübənizdən asılı olmadan, özünüzdə fərqinə varmadan, davranışlarınızı yetkinləşdirmək və istiqamətləndirmək üzrə anbaan sizin kiçik qabiliyyətləriniz yaranacaq.

Siz emosiyalarınızı adlandırmağı və idarə etməyi daha yaxşı bacaranda, məxsusi olaraq sizi stressə salan və özünüzdən çıxaran xırdalıqlara istədiyiniz reaksiyanı verə bilmək bacarığını məşq edin.

Stresli, gərgin hallard necə davranmaq istəyirsiz? İş yerində bəyənmədiyiniz fikirlərlə qarşılaşdıqda necə davranırsız?

Hadisələr istədiyiniz kimi cərəyan etməyəndə situasiyanı necə idarə etmək istəyirsiniz? Stressli vəziyyəti yumşaltmaq üçün əsəbi, narahat hisslərinizi azaltmaq üçün necə davranırsız? İstədiyiniz an özünüzü sel kimi gələn emosiyalar axınından azad etmək bacarığı hər şeyi dəyişir.

“Araşdırmalar göstərir ki, hər bir insan müsbət emosional yanaşma qura bilməyə və mənfi emosional vəziyyətdən çıxmaq üçün enerjisini fərqli istiqamətə yönləndirməyə qadirdir” deyə Kris izah edir.

Diqqətinizi hara yönləndirməyi seçmək qabiliyyətiniz yarananda artıq hissləriniz tərəfindən idarə olunmayacaqsız. Emosional idarəetmə həyatınızın keyfiyyəti üçün önəmlidir, çünki bu, demək olar ki, həyatımızın bütün sahələrinə təsir edir.

Emosiyalar adaptasiya prosesində mühim rol oynayır. Siz emosiyalarınızı daha yaxşı idarə etməyə başlayanda sevdiklərinizlə, dostlarınızla, iş yoldaşlarınızla daha yaxşı əlaqələr qura bilərsiz.

Hər birinizin öhdəsindən gəlmək üçün müxtəlif başlanğıcları var, lakin siz davamlı olaraq inkişaf edə bilər və istənilən şəraitdə məhsuldar və pozitiv reaksiya verə bilmək qabiliyyətini təkmilləşdirə bilərsiniz. Yalnız davamlı istək, israr və səyy müsbət nəticələrə gətirib çıxara bilər.

Müəllif: Thomas Oppong | AllTopStartups şirkətinin qurucusu, bloqqer
Tərcümə: Esmira Səmədova | coaching.az

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.