coaching.az |

Yüksək frekanslı sağlamlıq

Dr. Royal Rite görə hər xəstəliyin bir frekansı var. O, bəzi frekansların xəstəliyin yaranmasının önünü ala biləcəyini və bəzi xəstəliklərin də bədəndə var olan frekanslara mənfi təsir edə biləcəyini izah edir.

Nikola Tesla, frekanslar hakkında apardığı elmi araştırmalarda yediyimiz, içdiyimiz maddələrin, aldığımız havanın bədən frekanslarına necə təsir edəcəyini izah etmişdir. Məsələn, işlənmiş, konservləşdirilmiş, qablaşdırılmış qidalar sıfır frekansa malikdirlər və sağlamlıq üçün çox faydalı deyillər.

Frekansı yüksək qidaların sağlamlığımızın üzərində müsbət təsirləri olduğu sübut olunmuşdur. Məsələn, qurudulmuş bitkilər 17-22 Mhz, təzə bitkilər isə 20-27 Mhz tezliyə sahibdirlər. Yüksək tezlik sağlamlığın təminatıdır.

Esensiyal yağlar bədənimizdə sintez olunmayan 52 Mhz-dan başlayaraq, gül yağında 320 Mhz-ə qədər yüksəlir.

Rite 1920-ci ildə frekans generatorunu kəşf etmişdir. O, bu kəşfi ilə fərqli frekanslarla (tezliklərələ) bəzi xərçəng hüceyrələrini və virusları məhv edə bilməyi bacarmışdır.

Dr.Robert O.Becker özünün The Body Electric (Bədən Elektriki) kitabında insan sağlamlağının dəyərləndirilməsində bədən elektirikindən bəhs edir və xəstəliklərin təyin edilməsində elektrik frekanslarının önəminə diqqət çəkir.

Radionu və elektriki icad edən Nicola Tesla isə məruz qaldığımız elektromaqnetik dalğa kirliyindən qorunduğumuzda xəstəliklərə qarşı daha dayanıqlı ola biləcəyimiz barədə təcrübələr aparmışdır.

1992-cı ildə Bruce Taino Amerikada Eastern State Universitetin Taino Technology bölümündə apardığı təcrübələr nəticəsində kəşf etdiyi frekans monitoru ilə sağlam insanların gün ərzindəki ortalama bədən frekansını ölçməyi bacarmışdır.
Bədənimizin elektrik frekansını yüksək tutaraq aşagı frekanslı virusları, potogen bakteryaları organizmimizə keçməsini əngəlləyə bilərik. Çünki yüksək elektrik frekansında aşagı elektrik frekansları aktiv hal ala bilmir.

Bədənin yüksək elektrik frekansını əldə etmənin yolları:

  • Bol və keyfiyyətli su içmək;
  • Hər gün ən az 30 dəqiqəlik gəzinti;
  • Təzə və hormonsuz tərəvəz və meyvə istifadə etmək;
  • Düşünçə detoxu etmək (negativ düşünçələrdən arınmaq, özümüzə olunmasını istəmədiyimiz heç bir şeyi başqalarına etməmək);
  • Sakitləşdiriçi musiqi dinləmək;
  • Ruhu bəsləyən, bizi motivasiya edən insanlarla dostluqlar qurmaq;
  • Davamlı şəkildə təbiətlə təmasda olmaq;
  • Yardıma ehtiyacı olanlara mənəvi, maddi və ya fiziki yardım göstərmək;
  • Və, ən vacibi bu anda qalmaq (düşünçələrin keçmişə və ya gələcəyə getməsinə mane olmaq).

Yüksək elektrik frekansini yaradarak saglam zehin, saglam ruh və bədənə sahib olamk sizin əlinizdədir. Hər birinizə sarsılmaz və möhkəm sağlamlıq diləyirəm!

Dr. Arzu Yusifova / coaching.az


Arzu Yusifova – həkim-qastroenteroloq

Azərbaycan Dövlət Tibb və Ankara Tibb universitetlərində təhsil almışdır.

Bir çox elmi konfransların məruzəçisi və iştirakçısıdır.

Bir neçə elmi məqalənin müəllifidir.

Azərbaycan Cərrahlar Klubu, Amerika Qastroenteroloji Asosasiyası ve Avro

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.