coaching.az |

Xoşbəxtlik – gedilən yoldur

Biz hər zaman özümüzə təlqin etməyə çalışırıq ki, həyat biz evlənəndə/ərə gedəndə və övladlarımız dünyaya gələndə daha yaxşı olacaq. Daha sonra məyus oluruq ki, övladlarımız hələ kiçikdir və onlar böyüdükləri zaman hər şey yaxşı olacaq. Daha sonra biz narahat oluruq ki, onlar artıq yeniyetmə olublar və biz onlarla necəsə bacarmalıyıq. Şübhə etmirik ki, onlar hansısa yaşa çatdığı zaman biz xoşbəxtliyə qovuşacağıq.

Biz özümüzə təlqin edirik ki, həyat yoldaşımız öz işini qurduğunda, daha gözəl maşın aldığımız zaman, məzuniyyət götürdüyümüzdə və nəhayət, təqaüdə çıxdığımızda həyat daha yaxşı olacaq.

Həqiqət isə bundadır ki, xoşbəxt olmaq üçün indikindən daha münasib vaxt yoxdur. Əgər indi deyilsə, bəs nə zaman? Yaşadığın həyat hər zaman meydan oxumalarla dolu olacaq. Yaxşısı budur ki, hər şeyi olduğu kimi qəbul edəsən və hər şeyə rəğmən xoşbəxt olmağa qərar verəsən.

Uzun müddət bizə elə gəlib ki, həyat bax budur, indi başlayacaq. Əsl həyat. Ancaq, həmişə də yolumuzu öhdəsindən gəlməli olduğumuz hansısa maneələr, çətin imtahanlar kəsib; başa çatdırmalı olduğumuz iş, kiməsə həsr edilməli vaxt, ödəməli olduğumuz hesab və s. Bunları etdikdən sonra yenidən yaşamağa başlayarıq.

Nəhayət, mən anladım ki, bu maneələr həyatın elə özü olub. Bu anlayış tərzi xoşbəxtliyə gedən yolun olmadığını görməyə mənə kömək etdi.

Xoşbəxtlik – gedilən yolun özüdür. Buna görə də yaşadığın hər andan həzz al. Məktəbin bitməyini, yeni təhsilin başlamasını, 10 dolları itirməyini və iş olarsa başqa 10 dolları qazanmağını, evlənməyi, cümə gününün axşamını, bazar gününün səhərini, yeni maşın almağı, girovun tam ödənilməsini, yazın və ya yayın gəlişini, ayın 1-i və ya 15-nin gəlib çatmağını, xoşladığın mahnının radioda oxunmasını gözləməyə son qoy.

Xoşbəxtlik – gedilən yoldur, çatılacaq son mənzil deyil. İNDİKİ andan başqa xoşbəxt olacaq vaxt yoxdur! Yaşa və indiki anın həzzini dad!

Bu gün üçün düşüncə:

Pula ehtiyacın yoxmuş kimi çalış.
İncidilməmiş kimi sev.
Başqaları baxmırmış kimi rəqs et.

Müəllif: Crystal Boyd | Yazıçı

© 2018 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.