coaching.az |

Özümü necə dərk edim?

Bir gün bir tələbə öz ustadına deyir:
– Ustad, sən demişdin ki, kim olduğumu dərk etsəm müdrik ola biləcəyəm. Bəs özümü necə dərk edə bilərəm?
– Bunun üçün başqalarının sənin kim olduğunu təyin etmə hüquqlarını əlindən almalısan.
– Bu necə olur, Ustad?
– Biri sənə deyəcək ki, sən pissən və sən də ona inanıb məyus olacaqsan. Başqası deyəcək ki, yaxşısan və sən sevinəcəksən. Səni tərifləyirlər və ya söyürlər. Sənə inanırlar və ya səni satırlar; əlbəttə ki, onlarda sənin kim olacağına və ya necə olacağına qərar vermə səlahiyyəti olana qədər. Onlardan bu ixtiyarı al. Bu hüququ heç mənə də vermə.

© 2020 · coaching.az

 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.