coaching.az |

Müdrik dərs

Bir şah öz əcəm qulu ilə gəmiyə minmişdi. Demə qul ömründə gəmiyə minməmiş, dəniz səfərinin əziyyətini görməmiş imiş. O, qorxudan əsməyə və ucadan ağlamağa başladı. Gəmidəkilər nə qədər çalışdılarsa, onu sakit edə bilmədilər. Qulun bu halı şahın kefini pozdu. Lakin bir çarə tapa bilmirdilər. Gəmidə müdrik bir adam var idi, vəziyyəti belə gördükdə dedi:

– İcazə versəniz, mən onu sakit edə bilərəm.

Hökmdar dedi:

– Son dərəcə lütf göstərmiş olarsınız.

Əmr etdi qulu dənizə atdılar, qul bir neçə dəfə suya batıb çıxdı; sonra saçlarından tutub onu gəmiyə tərəf dartdılar. O, iki əlli sükandan yapışıb sallandı və elə ki, gəmiyə çıxdı, susub dinməz, söyləməz bir küncdə oturdu. Şaha bu qəribə gəldi, haman müdrik adamdan soruşdu ki, bunda nə hikmət var?

Dedi:

– Bu qul dənizdə qərq olmaq qorxusunu keçirmədiyindən gəmidəki əmin–amanlığın qədrini bilmirdi. O da məlumdur ki, fəlakətə düşməyən sakitliyin qədrini bilməz!

Şeir

Ey tox, sənə xoş gəlməyir əgər arpa çörəyi,
Bil ki, sənə xoş gəlməyən bu şey mənə nemətdir.
Cənnət əhli bir cəhənnəm sanar ikən ərafı[1],
Cəhənnəmin əhli üçün əraf özü cənnətdir.

Sədi Şirazinin “Gülüstan” əsərindən

[1] Əraf – İslam dini inancına görə cənnətlə cəhənnəm arasında olan yer.

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.