coaching.az |

Həyatınızın məqsədi varmı?

Britaniyalıların yalnız 23%-nin işlərində hər zaman xoşbəxt olduğunu qeyd edən araşdırmanı oxuyanda təəccüblənmişdim. İnsanların çoxunun xoşbəxt olmağından şübhəli idim, amma britaniyalıların 3/4-nün etdiklərindən zövq almamasını bilmək sözün düzü üzücü idi.

İş məmnuniyyətində bir çox faktor rol oynarkən, mən özümün və müştərilərimin təcrübəsində həyat məqsədinin böyük rol oynadığını tapdım. Tədqiqat sonrası aparılan araşdırma, məqsədli insanların işlərindən daha məmnun olduqlarını, daha uzun yaşadıqlarını, daha yaxşı yatdıqlarını və ümumiyyətlə daha xoşbəxt və uğurlu olduqlarını ortaya çıxardı.

Kariyeramın başlanğıcında məqsədim iş tapmaq və pul qazanmaq olmuşdu. Pula fokuslanma ardıcıl olaraq bir neçə il boyunca davam etdi, mən həqiqətən yerimi tapmadan bir işdən növbəti işə keçirdim və hər irəliləmə ilə birlikdə bir az çox pul qazanarkən özümü daha da stresli, depresiv və gərgin hiss edirdim. Bütün “ənənəvi” həll yollarını sınadım – karyera məsləhətçisinə getmək, yorucu həyatdan qaçmaq üçün tətilə çıxmaq, amma daimi bir həll tapa bilmədim və nəhayət tamamilə tükəndim.

Mənim həqiqətən öz yerimi tapmağım, “insanların məqsədlərini tapmaqlarına və sevdikləri işlə məşğul olmaqlarına kömək edərək kainatı yüksəltmək” məqsədimi tapdığım və ondan ilham aldığım zaman oldu. Sadəcə çox xoşbəxt və məmnun olmamışdım, həm də düşündüyümdən daha çox pul qazanırdım.

Əgər dəqiq bir məqsədiniz yoxdursa, narahat olmayın. Başlamağınıza kömək edəcək tapşırıq hazırlamışam.

Min kilometrlik bir səyahət bir addımla başlayır.

Lao Tszı

Başlamazdan əvvəl…

Suallar üzərində çalışmağa başlamaq üçün səssiz bir yerdə və əsasən tək olduğunuz zamanları ayırmağınızı tövsiyə edirəm. Bir qələm və kağız hazırlayın və instinktinizi izləyin; ağlınıza gələn ilk şeyi təhlil etmədən yazın. Ən yaxşı nəticələr üçün bu prosesə bir uşağın istədiyi kimi – maraqla, mühakimə və qorxu olmadan yanaşın.

Həyat məqsədinizi tapmağa kömək edəcək 10 sual

  1. Boş vaxtınızı nəyə sərf edirsiniz?
  2. Uşaq ikən kim olmaq istəyirdiniz?
  3. İşlə əlaqəli hansı tapşırıqlardan zövq alırsınız?
  4. Nə edəndə zaman itirdiyinizi düşünürsünüz?
  5. Sizə görə dünyanın ən ideal işi nədir? Sizin ən imkansız olduğunu düşündüyünüz arzunuz nədir?
  6. Uğursuz olmayacağını bilsəydiniz nəyi edərdiniz?
  7. Ən son nə zaman özünüzü həqiqətən xoşbəxt hiss etmisiniz? Həmin vaxt nə edirdiniz?
  8. Ən çox kimə heyran qalırsınız və o insan nə ilə məşğuldur?
  9. Gizli həvəsiniz nə ilə bağlıdır?
  10. Öldükdən sonra nə ilə xatırlanmaq istəyərdiniz?

Hamısını bir yerə toplayın

Cavablarınızı tapdıqdan sonra özlərini təkrarlayan hər hansı bir sözə və ya anlayışa diqqət yetirərək mövzular və nümunələr axtarın. Cavabları araşdırdıqdan sonra məqsədinizi ümumiləşdirən qısa bir abzas yazın. Yapışqan notlara qeyd edin və hər gün görəcəyiniz yerə qoyun.

Sonraki addımlar

Sizi ruhlandıran məqsədi tapdıqdan sonra, onu həyatınıza və qərarlarınıza bələdçilik etmək üçün kompas kimi istifadə edə bilərsiniz. İdeal işinizi və həyatınızı tapmaq üçün hədəflər və addımlar yaratmaq üçün çalışın. Gündəlik işinizin bir hissəsi olaraq hər səhər bunu təkrarlayın.

 

Müəllif: Ilse Passet | Karyera və biznes transformasiya kouçu
Tərcümə: Nuranə Mollayeva | coaching.az

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.