coaching.az |

Dəvət

Dolanışıq üçün nələr etdiyin məni maraqlandırmır.
Nələrə can atırsan və arzuladığın,
həsrətini çəkdiyin şeylərin xəyalını qurmağa cəsarət edib, etmədiyini bilmək istəyirəm.

Neçə yaşında olduğun məni maraqlandırmır.
Bilmək istəyirəm ki, sevgin üçün, xəyalların üçün,
canlı qalmaq macəran üçün axmaq kimi görünməyi gözə alacaq qədər riskə gedə bilərsənmi?

Göydəki Ayına hansı planetlərin kölgə saldığı məni maraqlandırmır…
Bilmək istəyirəm ki, kədərinin tam mərkəzinə dala bildinmi,
yaxud həyatın xəyanətləri səni bütün dünyaya açdımı,
ya da daha çox acı çəkmə qorxusundan qaçıb gizlənərsənmi?

Bilmək istəyirəm ki,
gizlətmədən,
bezmədən,
düzəltməyə çalışmadan mənim və ya sənin kədərlərimizlə baş-başa qalmağı bacarardınmı?

Bilmək istəyirəm ki,
mənim və ya sənin sevinci ilə baş-başa qaldığında
dəlicəsinə rəqs edərkən
ətrafdakılara diqqətli,
realistik,
insan olmanın sərhədlərini xatırlatmadan,
bu çılğınlığı ta əllərindən ayaq uclarına qədər hiss edə bilərsənmi…

Maraqlı deyil ki,
danışdığın hekayə həqiqətdirmi ya yox..
Öz ruhuna xəyanət etməmək üçün başqasını məyusluğa düçar edə bilib-bilməyəcəyini öyrənmək istəyirəm.
Ya da ruhuna xəyanətdə günahlandırılmasına dözə bilərsənmi?
İnancsız olub, eyni zamandan mötəbərliyini qoruya bilərsənmi?

Bilmək istəyirəm ki,
hətta hər günün gözəl olmasa belə,
həyatındakı Gözəlliyi görə bilirsənmi?
Və məhz o günü yaşaya bildiyin üçün
onu həyatının bəxşişi hesab edə bilərsənmi?

Bilmək istərdim ki,
uğursuzluqlara düçar olmağına baxmayaq,
hələ də bir göl sahilində dayanıb
bədirlənmiş gümüşü aya həzz içərisində tamaşa edə bilərsənmi?

Mənə fərqi yoxdur ki,
sən harada yaşayırsan,
ya da nə qədər pulun var…
Bilmək istəyirəm ki,
kədərli, çarəsizlikdən tükənmiş vəziyyətdə keçirdiyin gecənin ardınca,
uşaqlarını yedirmək üçün ayağa qalxmağa cəsarətin çatarmı?

Kim olduğun,
buralara qədər necə gəlib çıxdığın mənə maraqlı deyil.
Bilmək istəyirəm,
alovların tam ortasına düşsək,
mənimlə birgə dayanıb,
təslim olmağı ağlından belə keçirməməyi bacararsanmı..

Bu vaxta qədər harada,
kiminlə
və hansı sahədə təhsil aldığın mənə maraqlı deyil.
Əgər hər şeyini itirsən belə ayaqda qalmağa sənin daxilindəki nə kömək edəcək?
Və bilmək istyəyirəm:
əgər təkbaşına qalsan,
həqiqətənmi bu boşluğa düşmüş şəxsiyyətini sevərsənmi?

Müəllif: Oriah Mountain Dreamer | Yazıçı
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2019 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.