coaching.az |

İlk Peşəkar Kouçinq təlimlərinə start verildi

21 fevral 2018 tarixində Bakıda ilk dəfə Beynəlxalq Kouç Federasiyası akreditasiyalı Peşəkar Kouçinq proqramının I modulu öz işinə başlamışdır. Üç ay boyunca 92 saat davam edəcək bu proqramın sonunda 13 nəfər azərbaycanlı gənc ICF təsdiqli peşəkar kouç ünvanını alacaqlar.

Təlimlər Kanada mərkəzli Adler International Learning şirkətinin təlimçilərinin təqdimatında, bu məktəbin Azərbaycandakı rəsmi nümayəndəsi ALPHA Coaching & Consulting şirkəti tərəfindən həyata keçirilir. Kouçinq, konsaltinq və peşəkar biznes təlimləri üzrə xidmətlər təqdim edən ALPHA Coaching & Consulting şirkəti 2011-ci ildən etibarən fəaliyyət göstərir.

Adler International Learning şirkəti Dr. Linda Page tərəfindən 1998-ci ildə Kanadada yaradılmışdır. Adler International Türkiyədə 2008-ci ildən etibarən Adler Central Europe olaraq fəaliyyət göstərməyə başlamışdır. ICF akreditasiyalı Peşəkar Kouçinq Sertifikat Proqramı ilə mindən çox üst səviyyəli idarəçi, insan resursları mütəxəssisi, təlimçi, psixoloq və digər peşə sahiblərini məzun edən Adler Central Europe Türk və İngilis dillərində tədris verir. Adler 2016-cı ildən etibarən ALPHA Coaching & Consulting şirkətinin iş ortağı olaraq Azərbaycanda peşəkar kouçinq proqramları təqdim edir.

Qeyd edək ki, bu ilk kouçinq proqramı USAID/Azerbaijan, Counterpart InternationalIOM – UN Migration təşkilatlarının sponsorluğu ilə həyata keçirilir.

Təlimlər peşəkar kouçlar Ayşe Elerman Nemutlu (PCC, CPCC, ORSCC, ACT), Ahmet Süha Koçel (PCC, ACPC, ACT) və Yücel Kosal (MCC, CPCC, ORSCC, ACT) tərəfindən təqdim olunur.

ALPHA-dan verilən məlumata görə növbəti Kouçinq proqramı cari ilin payız aylarına planlaşdırılmışdır. Proqramda iştirak etmək istəyənlər www.coach.az səhifəsi vasitəsi ilə müraciətlərini edə bilərlər.

coaching.az heyəti olaraq, Proqramın işinə uğurlar diləyir və yeni kouçlarımıza “aramıza xoş gəldiniz!” deyirik 🙂

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.