coaching.az |

ALPHA Coaching & Consulting

Kouçinq, konsaltinq və peşəkar biznes təlimləri üzrə xidmətlər təqdim edən ALPHA Coaching & Consulting şirkəti 2011-ci ildən etibarən fəaliyyət göstərir. ALPHA eyni zamanda kouçinq tədrisinin dünyadakı əsas məktəblərindən sayılan Adler International Learning İnstitunun Azərbaycan və keçmiş sovet ölkələrindəki rəsmi nümayəndəsidir və ICF təsdiqli kouçinq təlimləri vermə səlahiyyətinə sahibdir.

“ALPHA” SÖZÜNÜN MƏNASI

Şirkətin korporativ brendi “ALPHA” sözü yunan əlifbasının Άλφα, ərəb əlifbasının Əlif, finikiya və yəhudi əlifbalarının Alef hərflərindən ilhamlanaraq yaradılmışdır. Müasir latın əlifbasının ilk hərfi olan “A” hərfi də öz kökünü ALPHAdan alır.

ALPHA fəlsəfədə ilk olmanın və başlanğıcın, ən yaxşının və ən güclünün rəmzi kimi qəbul edilmişdir. Elmin qapısı sayılan Alphabet (bizim dildə Əlifba) sözü ALPHA (Əlif) ilə başlayır. Şirkətin qurucuları da  bu fəlsəfədən ilham alaraq fəaliyyət göstərdiyi sahələrdə ən öndə və ən güclü olmağı hədəfləyirlər.

İnsan beyninin davamlı şəkildə elektromaqnit dalğaları yaratdığı elm tərəfindən bilinən həqiqətdir və bu hadisə psixofiziologiyada beynin ritmik aktivliyi adlanır. Beyin tərəfindən ötürülən dalğalardan biri və ən vacibi ALPHA dalğalar sayılır.

7.5–12.5 Hz aralığında müşahidə olunan ALPHA dalğalar əsasən insanın gümrah, rahat və sakit psixoloji vəziyyətində generasiya olunur. Beynin ALPHA vəziyyətində hüzurun, diqqət və konsentrasiyanın, dincəlmənin, pozitiv düşüncənin, özünüdərkin, yaradıcılıq və təxəyyülün ən yüksək səviyyəsinə çatır. ALPHA vəziyyəti “həzz hormunu” sayılan endorfinin daha çox ifraz olunduğu və immunitetin gücləndiyi anlardır. Sadəcə ALPHA vəziyyətdə özünütənzimləmə və əsəb sisteminin bərpası mümkündür. Bu dalğalarda ikən beynimizin verdiyi qərarlar daha sağlam və yaradıcı qərarlardır. ALPHA vəziyyəti beynin sağ və sol yarımkürələrinin (məntiq və duyğularımızın) tarazlığa daha yaxın olduğu vəziyyətdir. Nəhayət, ALPHA dalğalarında şüuraltına enmək və intuitsiyaya daha çox güvənmək mümkündür.

ALPHA dalğalarının güclənməsi emosional rahatlanmağa və şüurun genişlənməsinə şərait yaradır. Yaradıcı insanlar bu anı ilham anı adlandırırlar. Dünyadakı bir çox elmi kəşflər və mədəni nəaliyyətlər məhz beynin ALPHA dalğalarını yaşadığı anlarda ortaya çıxmışdır.

ALPHANIN MİSSİYASI

Özünüdərkin artırılması istiqamətində insanlara köməklik göstərmək, öz potensiallarını və güclü tərəflərini kəşf edib davamlı inkişaf prosesinə daxil olmalarında onlara yol göstərməkdir. Özünükəşf mərhələsində fərdlərə yeni səriştələr qazandırmaq və həyat balanslarının qurulmasında onlara dəstək olmaq ALPHAnın ən böyük məqsədlərindəndir.

ALPHANIN VİZYONU

Fəaliyyət göstərdiyi sektorun qabaqcıl, yenilikçi və fərqlilik yaradan, xidmət və fəaliyyətləri ilə rəqiblərin nümunə götürdüyü, müştərilərin üstünlük verdiyi şirkət olmaq.

ALPHANIN DƏYƏRLƏRİ

Şirkətin dəyərləri Aristotelin “Ritorika”sında əks olunan ethos, pathos, logos düsturlarından ilham almışdır:

Ethos  Etikanı təmsil edir. Əxlaqlı, olğun xarakterli və etibarlı olmaq – bizim başlıca dəyərimizdir.

Logos – Biz biliyin və məntiqin gücünə inanırıq. Bilik – bizim üçün böyük dəyərdir. Biz davamlı şəkildə öyrənir və öyrəndiklərimizi paylaşırıq.

Pathos  Empatiyanı təmsil edir. Biz insanların potensialına və gücünə inanır, onların dəyərlərinə, duyğularına və düşüncələrinə dəyər veririk.

ALPHA Beynəlxalq Kouçinq Federasiyasının standartlarına tam cavab verən aşağıdakı kouçinq xidmətlərini həyata keçirir.

  • “Kouç sayağı Lider” kouçinq proqramı;
  • “Biznes kouçinq” proqramı;
  • “Korporativ kouçinq” proqramı;
  • “İşgüzar xanım” kouçinq proqamı;
  • “Yeni mən” kouçinq proqramı;
  • “Valideyn – övlad” kouçinq proqramı.

Bütün proqramlar kouç və müştəri arasında təkbətək görüş şəklində həyata keçirilir və sessiyaların müddəti, eyni zamanda qarşılıqlı gözləntilər ilk görüş zamanı razılaşdırılır. Sessiyalar başlamadan əvvəl kouç və müştəri arasında məxfilik və qarşılıqlı öhdəliklər barədə müqavilə bağlanılır.

ALPHAnın xidmətləri barədə ətraflı məlumatı www.alpha.az və www.coach.az səhifələrindən ala bilərsiniz.

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.