coaching.az |

Azərbaycanda ilk Kouçinq təlim-proqramı

Bu ilin fevral ayında start götürən və ölkəmizdə ilk dəfə təşkil edilən Beynəlxalq Kouç Federasiyası(ICF) akreditasiyalı Peşəkar Kouçinq proqramı may ayında öz işini uğurla tamamlamışdır. Üç ay boyunca 92 saat davam edən bu proqramın sonunda 13 nəfər azərbaycanlı gənc ICF tərəfindən akreditə olunmuş peşəkar kouçların sırasına daxil olmuşdur.

Təlimlər Kanada mərkəzli Adler International Learning şirkətinin təlimçilərinin təqdimatında, bu məktəbin Azərbaycandakı rəsmi nümayəndəsi ALPHA Coaching & Consulting şirkəti tərəfindən həyata keçirilmişdir. Qeyd edək ki, kouçinq, konsaltinq və peşəkar biznes təlimləri üzrə xidmətlər təqdim edən ALPHA Coaching & Consulting şirkəti 2011-ci ildən etibarən fəaliyyət göstərir.

ICF akreditasiyalı peşəkar kouçinq sertifikasiya proqramı ilə mindən çox üst səviyyəli idarəçi, insan resursları mütəxəssisi, təlimçi, psixoloq və digər peşə sahiblərini məzun edən Adler Central Europe türk və ingilis dillərində tədris verir. Adler 2016-cı ildən etibarən ALPHA Coaching & Consulting şirkətinin iş ortağı olaraq Azərbaycanda peşəkar kouçinq proqramları təqdim edir.

Qeyd edək ki, bu ilk kouçinq proqramı USAID/Azerbaijan, Counterpart International və IOM – UN Migration təşkilatlarının sponsorluğu ilə həyata keçirilmişdir.

Təlimlər peşəkar kouçlar Ayşe Elerman Nemutlu (PCC, CPCC, ORSCC, ACT), Ahmet Süha Koçel (PCC, ACPC, ACT) və Yücel Kosal (MCC, CPCC, ORSCC, ACT) tərəfindən təqdim edilmişdir.

ALPHA-dan verilən məlumata görə növbəti Kouçinq proqramı cari ilin payız aylarına planlaşdırılmışdır. Proqramda iştirak etmək istəyənlər www.coach.az səhifəsi vasitəsi ilə müraciətlərini edə bilərlər.

 

Lalə Rəsulova

© 2018 · coaching.az

 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.