coaching.az |

Avqust böcəyinin nəğməsi

Qızıldərili qəbilələrinin rəislərini bir tədbirdə iştirak üçün qatarla Nyu-Yorka gətirirlər. Onları ağlardan ibarət bir heyət qarşılayır və tədbir qabağı şəhəri gəzdirirlər. Küçələrdəki insan seli, avtomobillərin və dəzgahların gurultulu səs-küyü qızıldərililəri karıxdırmışdı.

Birdən Oglala Lakota qəbiləsinin rəisi Hehaka Sapa – Qara Maral Avqust böcəyinin nəğməsini eşitdiyini dedi. Onun sözlərini digər qızıldərili rəisləri təsdiq etsə də, ağ insanlar buna inanmadılar. Dedilər ki, şəhərdə nəğmə oxuyan böcək ola bilməz. Olsa da, onun nəğməsi bu gurultuda eşidilməz.

Qara Maral dediklərində israr etdi. Sürücüdən maşını saxlamasını xahiş etdi. Düşüb yaxınlığındakı parka getdi və ağacda oturub nəğmə oxuyan Avqust böcəyini ağ insanlara göstərdi.

Ağ insanlar heyrətlənmişdi…

– Ola bilməz, – dedilər. – Səndə fövqəladə, təbiətüstü güc var.

– Xeyir, – dedi Qara Maral. – Avqust böcəyini eşitmək üçün təbiətüstü gücə ehtiyac yoxdur.

– Bəs o zaman biz nə üçün bu nəğməni eşitmədik? – deyə ağ adamlar sual verdilər.

Qara Maral cibindən gizlicə metal 50 sent pul çıxarıb, səkidə duran insanların arasına atdı. Bu anda hər kəs “görəsən, pul məndən düşdü?” deyə, sağına soluna baxmağa başladı.

Qara Maral yanındakılara soruşdu:

– İndi başa düşdünüzmü?

– Başa düşmədik, – deyə ağ insanlar cavab verdilər.

Qara Maral izah etdi:

– Bir insan üçün vacib olan nəyə dəyər verməsidir. Çünki, hər şeyi ona görə duyur, eşidir, görür və hiss edir. Əgər siz təbiətə dəyər versəydiniz, o zaman Avqust böcəyinin nəğməsini eşidərdiniz.

14519935_1277779402233773_1838393169113635471_n
Oglala Lakota qəbiləsinin rəisi Hehaka Sapa – Qara Maral ailəsi ilə birlikdə.

© 2018 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.