coaching.az |

Ağ vərəq və qara nöqtə

Bir gün Ustad öz tələbələrini çağırır və onların önünə bir ağ vərəq qoyaraq soruşur:

— Burada nə görürsünüz?

— Nöqtə, — deyə tələbələrdən biri cavab verir. Digər tələbələr də başlarını tərpədərək, bu cavabda yoldaşları ilə həmfikir olduqlarını bildirirlər.

— Daha diqqətlə baxın, — ustad deyir.

— Burada bir dənə qara nöqtə var, — deyə başqa bir tələbə cavab verir.

— Xeyr! — deyə üçüncü tələbə etiraz edir. — Burada balaca qara nöqtə var. Elə deyil, uşaqlar?

Bütün tələbələr onunla razılıq əlaməti olaraq başlarını tərpədirlər. Araya uzun fasilə çökür və tələbələr müəllimlərinin nə deyəcəyini intizarla gözləyirlər.

— Cavablarınız məni məyus etdi, – deyə Ustad narazı şəkildə cavab verir. — Təəssüf ki, mənim tələbələrim oradakı balaca qara nöqtənin fərqinə vardı, ancaq böyük ağ vərəqi görən olmadı.

O, bir qədər öz-özünə düşündükdən sonra sözünə davam etdi:

— Demək ki, sizə öyrədiləcək çox şey varmış…

Hekayədən alınacaq dərs: Həyata və hadisələrə tək baxış bucağı ilə baxmaq, önümüzdəki böyük üfüqləri görməyimizə mane ola bilər.

© 2017 · coaching.az ·

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.