coaching.az |

Sam Waltondan qızıl qaydalar

Qayda № 1: İşinizə sadiq olun. Ona başqaları inandığından daha çox inanın.

Qayda № 2: Gəlirinizi əməkdaşlarınızla bölüşün və onlara tərəfdaşlarınız kimi davranın. Cavab olaraq onlar da sizə eyni şəkildə münasibət göstərəcəklər və birlikdə heç arzu edə bilməyəcəyiniz zirvələrə yüksələcəksiniz.

Qayda № 3: Tərəfdaşlarınızı stimullaşdırın. Davamlı şəkildə, günbəgün onları həvəsləndirmək və meydan oxumaq üçün yeni yollar axtarın.

Qayda № 4: Sizin üçün əlçatan məlumatları əməkdaşlarınızla bölüşün. Onlar çox bildikcə, daha çox anlayışlı olacaqlar. Çox anladıqca, işin daha çox qayğısına qalacaqlar.

Qayda № 5: Əməkdaşlarınızın əməyini qiymətləndirin. Vaxtında söylənmiş bir neçə səmimi tərif sözünü heç nə əvəz edə bilməz. Bunları etmək pulsuzdur, ancaq böyük sərvət dəyərindədir.

Qayda № 6: Uğurlarınızı qeyd edin. Səhvlərinizi ələ salmağı bacarın. Özünüzü çox ciddi qəbul etməyin.

Qayda № 7: Şirkətinizdə işləyən hər kəsi dinləyin. Ön cəbhədə müştərilərlə birbaşa işləyən şəxslər işlərin həqiqətən də hansı yerdə olduğundan agahdırlar.

Qayda № 8: Müştərilərinizin gözləntilərinə cavab verin. Onların istədiklərini artıqlaması ilə verin.

Qayda № 9: Rəqiblərinizi izləməkdənsə xərclərinizə nəzarətdə saxlayın.

Qayda № 10: Axına qarşı üzün. Öz yolunuzu tapın. Ənənəvi müdrikliyə əhəmiyyət verməyin.

Samuel Moore Walton (1918-1992) – Amerikalı iş adamı, dünyanın ən böyük marketlər şəbəkəsi Wal-Martın qurucusu. 1985-ci ildə Forbes jurnalı tərəfindən dünyanın ən zəngin insanın elan edilmişdir.

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.

bento4d bento4d bento4d toto slot gacor pmtoto pmtoto pmtoto situs toto slot thailand bento4d situs toto slot gacor
rtp slot situs toto rtp slot rtp slot situs toto bento4d slot gacor prediksi hk situs toto rtp slot bento4d situs toto rtp slot situs slot rtp slot
toto hk situs slot gacor situs toto situs toto situs toto situs togel situs parlay situs slot link slot toto slot toto slot slot gacor situs togel toto hk slot gacor slot gacor slot gacor slot gacor