coaching.az |

Səhv etmə bacarığı

Mən televiziya verilişlərinə baxmağı sevmirəm. Ancaq, elə verilişlər olub ki, onlara hər zaman baxmışam  – buz üstündə rəqs kimi. Sonralar mən onlara da baxmaqdan yoruldum; davamlı şəkildə baxmağı dayandırdım, indi ancaq bəzi epizodlarına baxıram. Baxdıqlarım arasında ən çox xoşuma zəif sayılanların, ya da ki, “seçilmişlərin” sırasına hələ daxil ola bilməyənlərin uğurlu çıxışları gəlir. Yeni başlayanların və ya uğursuz olanların uğur qazanması mənə uğurluların uğur qazanmasından daha böyük həzz verir.

Ancaq, iş bunda deyil. Məni ən çox heyrətləndirən konkisürənin (keçmişdə buz üzərindəki idmançıları belə adlandırırdılar) rəqs zamanı səhvini necə düzəltməsidir. O, yıxılır və qalxaraq sürətlə yenidən rəqsdə daxil olur və bu rəqsi elə şəkildə ifa edir ki, sanki yıxılma baş verməmişdi. Bu bacarıq çox böyük bir bacarıqdır.

Həyatda da buz meydanında baş verənlərdən daha çox səhvlər baş verir və o səhvlərdən çıxmağı bacarmaq lazımdır; gecikmədən və… gözəl şəkildə düzəltmək.

İnsan öz səhvində inadkarlıq göstərər və ya baş verənlərə görə həyatın bitdiyini, “hər şeyin məhv olduğunu” düşünərək həyəcan keçirirsə – bu, onun özü və onu əhatə edənlər üçün məyusluğa çevrilər. Ətrafdakılar səhvin özündən deyil, o səhvin həllinə qarşı insanın necə bacarıqsız davranmağından narahatlıq duyurlar.

Öz səhvini etiraf etmək (şərt deyil ki, bunu başqalarının qarşısında açıq şəkildə edəsən: bu, bəzən insanı utandırır, bəzən də göstərişə çevrilə bilər) hər zaman asan deyil və bunun üçün təcrübə tələb olunur. Təcrübə lazımdır ki, edilmiş səhvdən sonra bacardığın qədər tez və asan şəkildə yenidən işinə davam edəsən. Ətrafdakılar da insanı səhvini etiraf etməyə məcbur etməməlidirlər, tam tərsinə onu səhvi düzəltməyə təşviq etməlidirlər; yarışlarda yıxılan və ən birinci fürsətdə səhvini düzəldən idmançını sevinc dolu alqışlarla mükafatlandıran tamaşaçılar kimi reaksiya verməyi bacararaq.

D.S. Lixaçov (1906-1999, Sovet və rus mədəniyyət xadimi, akademik) – “Yaxşılıq haqqında məktublar”ından

© 2020 · coaching.az

 

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.

bento4d bento4d bento4d toto slot gacor pmtoto pmtoto pmtoto situs toto slot thailand bento4d situs toto slot gacor
rtp slot situs toto rtp slot rtp slot situs toto bento4d slot gacor prediksi hk situs toto rtp slot bento4d situs toto rtp slot situs slot rtp slot
toto hk situs slot gacor situs toto situs toto situs toto situs togel situs parlay situs slot link slot toto slot toto slot slot gacor situs togel toto hk slot gacor slot gacor slot gacor slot gacor